Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Görkəmli alimin elmi fəaliyyəti tədqiq olunub

Görkəmli alimin elmi fəaliyyəti tədqiq olunub

Date: 13 November 2015 16:28


Bakı, 13 noyabr, AZƏRTAC 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyi ilə əlaqədar AMEA-nın ilk təsisçilərindən olan Mirzə İbrahimov haqqında yeni monoqrafiya nəşr edilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, monoqrafiyada görkəmli Azərbaycan yazıçısı, dramaturqu, publisisti, ictimai-siyasi xadim, akademik Mirzə İbrahimovun həyatı, elmi və elmi-təşkilati fəaliyyəti tədqiqat obyekti kimi önə çəkilib.
“Akademik Mirzə İbrahimov” adlı kitabın müəllifi AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.
Kitabın baş məsləhətçisi və elmi redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadədir.

Tags:  Görkəmli alimin elmi fəaliyyəti tədqiq olunub


RƏYLƏR


Top news