Babatunde Osotimehin: Qadınlara qarşı zorakılığın qarşısının alınması müasir dövrün mühüm məsələlərindəndir

Babatunde Osotimehin: Qadınlara qarşı zorakılığın qarşısının alınması müasir dövrün mühüm məsələlərindəndir
16:33 13 Noyabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Qadınlara qarşı zorakılığın qarşısının alınması müasir dövrün mühüm məsələlərindəndir. Bəzən də qadınlara qarşı zorakılıq ilk növbədə ondan irəli gəlir ki, qadınların bir çoxu öz hüququnu bilmir, onlara verilmiş imkanlardan istifadə etməyi bacarmır.
AZƏRTAC xəbər verir ki, bunu “Məişət zorakılığının qarşısının alınması” mövzusunda beynəlxalq konfransda iştirak edən BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT-nin baş katibinin müavini Babatunde Osotimehin jurnalistlərə müsahibəsində deyib.
B.Osotimehin bildirib ki, cəmiyyətin ictimai həyatında qadının mövqeyi uzun tarixi bir dövr keçərək formalaşmış və inkişaf edib. Lakin bu inkişaf asan əldə olunmamış, qadınlar özlərini təsdiq etmək üçün bir sıra çətinlikləri aradan qaldırmaq uğrunda mübarizə aparıblar. BMT rəsmisi qeyd edib ki, müstəqil Azərbaycan dövlətin ali qanunları dövlət qadın siyasətinin həyata keçirilməsi üçün hüquqi müstəvidə böyük imkanlar açır.
Diqqətə çatdırıb ki, məişət zorakılığı ilə sıx bağlı olan təhsildən yayınma, intihar hallarının aradan qaldırılması üçün ictimaiyyətdə geniş maarifləndirmə işlərinin aparılmasına və bu istiqamətdə fikir mübadiləsinə hər zaman ehtiyac vardır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Babatunde_Osotimehin_Qadinlara_qarsi_zorakiligin_qarsisinin_alinmasi_muasir_dovrun_muhum_meselelerindendir-901772

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR