Mahir Mədətov: "Tum çırtladığımı və hakimi vurduğumu eşidəndə gülürəm"

Mahir Mədətov: "Tum çırtladığımı və hakimi vurduğumu eşidəndə gülürəm"
16:42 13 Noyabr 2015
24 İdman
Ölkə mətbuatı
A- A+
Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandasından qovulan "Qarabağ"ın futbolçusu Mahir Mədətovun "Report"a müsahibəsi
- Yığmadan kənarlaşdırılmağınıza səbəb nə oldu?

- Mən bu barədə danışmaq istəmirəm.
- Amma hamını bu sual maraqlandırır...
- Başa düşürəm, amma danışmaq istəmirəm. Üzrlü hesab edin.
- Baş məşqçi Nazim Süleymanov bildirib ki, əvəzləndikdən sonra tribunada tum çırtladığınızı görüblər...
- Nə? Tum çırtlamışam? (gülür - red.) Görən olub məni elə vəziyyətdə?
- Bəli, görüblər.
- Hm, görüblər... Amma mənim xəbərim yoxdur. Nə isə, qardaş, mən danışmaq istəmirəm. İnanmıram ki, Nazim müəllim belə bir söz desin. Rəsmi səbəb kimi intizamsız hərəkətə yol verməyimi göstəriblər. Amma belə hərəkətim olmayıb. Məncə, Nazim müəllim də elə söz deməz.
- Bəs intizamsız hərəkətiniz nədən ibarət olub?
- Mən də bilmirəm. Baş məşqçi elə deyibsə, elədir. Amma mən danışmaq istəmirəm.
- Danışmaq istəmədiyinizi desəniz də, məsələyə az da olsa, aydınlıq gətirdiniz. Sonadək aydınlıq gətirməyinizi istərdik... 
- Məncə, sizi bu maraqlandırmamalıdır. Oyunları uduzmuşuq. Ən çox maraqlandıran o olmalıdır ki, niyə uduzmuşuq?
- Elə isə niyə uduzmusunuz?
- Nə deyim, vallah... Oyundur da. Olanda-olur. Narahatlıq doğuran məsələ budur. 
- Baş məşqçi futbolçuların tapşırıqları yerinə yetirmədiyini iddia edir...
- Bunu Nazim müəllim daha yaxşı bilər. Mən heç nə deyə bilmərəm. Ona çox böyük hörmətim var. Yenə deyirəm, tum çırtlamağımı sizə baş məşqçi deyə bilməz. Elə söhbət yoxdur, olmayıb da! Bunlar uydurmadır. Allah bilir ona kim deyib. Amma özü elə söz deməz. Nazim müəllim gözü ilə gördüyünə inanan insandır.
- Millidən kənarlaşdırılmağınızı klubunuz "Qarabağ"da necə qarşıladılar?
- Hələ klubda olmamışam, bilmirəm. Bir də ki, necə qarşılamalıdırlar? Nə etmişəm ki, necə də qarşılasınlar?
- Belə çıxır ki, millidən səbəbsiz uzaqlaşdırılmısınız...
- Mən heç nə demək istəmirəm, danışmıram. Üzr istəyirəm.
- Bəs komanda yoldaşınız Elnur Cəfərovun Türkiyə ilə görüşdə "fair play"a əməl etməməsi səbəbindən yaranan münaqişə barədə nə deyə bilərsiniz?
- Futbolda hər şey ola bilər. İnanmıram ki, bu, bilərəkdən baş versin. Çünki Nazim müəllim də "aut, aut" deyə qışqırırdı. Yəqin ki, Elnur o sözü düz başa düşmədi. Elə bildi ki, aut dedikdə müdafiənin irəli çıxmasını nəzərdə tutub. Düzgün başa düşsəydi, yəqin ki, topu kənara çıxarardı.
- Yan xətt hakimini vurduğunuza dair iddialar nə dərəcədə həqiqətə uyğundur?
- Gəlin, məsələyə belə yanaşaq: Yan xətt hakimini vursaydım, UEFA-dan mənə cəza gələrdi. 18 yaşlı uşaq bu hərəkəti edirsə, məntiqlə, mütləq cəzalanmalıdır. Başqa variant ola bilər?
- Amma dünənki hərəkətə görə UEFA-nın bu gün qərar çıxarması da inandırıcı deyil...
- Cəzalansam, deyərsiniz ki, elə hərəkətə yol vermisiniz. Amma mən elə şey etməmişəm. Eləsəydim, hakimlə aramızda problem yaranardı. Amma hakimlə deyib-gülə aralanmışıq, orda heç bir problem olmayıb. Təpik-zad... Belə şeyləri eşidəndə gülürəm. Orada elə söhbətlər olmayıb.
- Bəs yığmadan kənarlaşdırıldığınıza dair qərarı Sizə kim çatdırdı?
- Mən oyunun əvvəllərində ayağımdan zədələnərək meydanı tərk etdim. Oyundan sonrakı iclasda Nazim müəllimin özü də bildi ki, son turda kömək edə bilməyəcəyəm. Ona görə də "çıxıb gedə bilərsən" dedi. Vəssalam! İndi də zədəmin müalicəsi ilə məşğulam.
- Amma AFFA-nın rəsmi saytında yığmadan intizamsızlığa görə uzaqlaşdırıldığınız yazılıb...
- Ola bilər də... Nazim müəllimin niyə belə qərar qəbul etdiyini bilmirəm, xəbərim yoxdur.    

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Şərq bazarı SÖKÜLÜR? - RƏSMİ

30 Mart 2017 11:08

UEFA "Zirə"yə "yaşıl işıq yandırdı"

30 Mart 2017 11:07

Trampın doğulduğu ev rekord qiymətə satıldı

30 Mart 2017 11:06

Türkiyədə 2 terrorçu MƏHV EDİLDİ

30 Mart 2017 11:05

Millimiz rekordunu təkrarladı

30 Mart 2017 11:05

Rafiq Turabxanoğlu: “Rus kəşfiyyatı tərəfindən “verbovka” olunmaq üçün sino gedirdim” - MÜSAHİBƏ

30 Mart 2017 11:03

Fərda və Vəfa Zeynalovanın şıdırğı rəqsi rekord qırır

30 Mart 2017 11:01

Nazirlərin aprel ayı üçün QƏBUL CƏDVƏLİ

30 Mart 2017 10:59

Tillerson Ankaraya gəldi

30 Mart 2017 10:58

Millimizin ikinci sınağı

30 Mart 2017 10:57

Bu şəhərləri fəlakət gözləyir

30 Mart 2017 10:55

Metroda öpüşmək qadağandırmı? - RƏSMİ AÇIQLAMA

30 Mart 2017 10:54

Bakıda yüksək dozada narkotik qəbul edən 25 yaşlı qız öldü

30 Mart 2017 10:53

Novruz bayramı günü yoxa çıxan iş adamını qətlə yetiriblər - 160 minə görə - FOTO

30 Mart 2017 10:52

Bakirəliyini 2 milyon avroya satdı - FOTO

30 Mart 2017 10:49

Məşhur iş adamının xanımı möhtəşəm evini göstərdi - FOTOLAR

30 Mart 2017 10:48

"Respublika müşavirəsində İlham Əliyevin çıxışı pambıqçılığın inkişafına çox böyük təkan verəcək"

30 Mart 2017 10:47

Ozancan millimizi Türkiyə yığmasına dəyişə bilər

30 Mart 2017 10:47

Məktəbli qızlara təcavüz edən şəxsi döyüb, kameraya çəkdilər - FOTO

30 Mart 2017 10:42

"Qarabağ"ın stadionunda problem yarandı

30 Mart 2017 10:37

5 nəfərin öldürüldüyü evdən müəmmalı detallar: çoxlu duaqabları, qazılmış çuxur - FOTO

30 Mart 2017 10:37

Yatmaq istəyi, əzələ ağrıları...

30 Mart 2017 10:36

“Samsung” “Galaxy S8” və “Galaxy S8 Plus” smartfonlarını rəsmən təqdim etdi (FOTO, VİDEO)

30 Mart 2017 10:35

Paşa Qəlbinur: "Tələbəylə eşq macərası yaşamaq heç də ayıb bir şey deyil"

30 Mart 2017 10:33

Polislər qıza sataşıb qaçan şəxsi binanın damında tutdular - FOTO

30 Mart 2017 10:32

Azərbaycan neftiylə bağlı ŞAD XƏBƏR

30 Mart 2017 10:32

57 ölkəyə hələ də səfir təyin etməyib

30 Mart 2017 10:32

Kişilərin buna qadınlardan daha çox ehtiyacı var: əgər xanımlar bunu etməsə...

30 Mart 2017 10:28

İntim xidmət göstərənlər üçün avtomobil hazırlandı

30 Mart 2017 10:27

305 min manatlıq "maxinasiya" edən tikinti rəhbərinin işinə yenidən baxılacaq

30 Mart 2017 10:24

Azərbaycanla oyununu tənqid edən futbolçu əməliyyat olunacaq

30 Mart 2017 10:22

Pərvin Abıyeva məmur oğlu deyilən sevgilisindən danışdı - FOTOLAR

30 Mart 2017 10:18

Sabahdan cəbhədə ağır döyüşlər başlaya bilər

30 Mart 2017 10:18

Rusiya Qarabağı meydanın Moskvaya aid hissəsinə aparıb, Suriya kimi

30 Mart 2017 10:17

Azərbaycanda meyitdən orqan köçürülməsinə nə vaxt başlanacaq?

30 Mart 2017 10:14

“Şərq” bazarı söküləcək

30 Mart 2017 10:13

Qızıl ucuzlaşdı

30 Mart 2017 10:12

Azərbaycanlı müğənni bu gecə ölkəni qəfil tərk etdi

30 Mart 2017 10:11

Azərbaycanda "yol terroru" davam edir: 4 ölü, 13 yaralı

30 Mart 2017 10:09

APOKALİPSİS - İnternet sönərsə, nə baş verər? - ARAŞDIRMA

30 Mart 2017 10:08

52 yaşlı türk müğənnidən qalmaqallı pozalar - FOTO

30 Mart 2017 10:05

"Bozbash pictures"in Naxçıvan səfəri - FOTO

30 Mart 2017 10:05

8 məhkum edam ediləcək

30 Mart 2017 10:04

Bakının məşhur bazarı SÖKÜLƏCƏK

30 Mart 2017 09:57

Kişi atası ilə arvadını güllələdi və intihar etdi

30 Mart 2017 09:57

Serenay cazibədar ayaqlarını nümayiş etdirdi - FOTO

30 Mart 2017 09:57

Bakıda gənclərin metroda öpüşməsi Feysbukda gündəm oldu - QANUN NƏ DEYİR?

30 Mart 2017 09:53

AZAL-ın vəzifəli əməkdaşı 92 yaşında vəfat edib - FOTO

30 Mart 2017 09:52

Dünyanın ən təhlükəli dini sektaları - FOTO

30 Mart 2017 09:52

Nəsiman Yaqublu: "Mart soyqırımında ermənilər 30 minə yaxın azərbaycanlını qətlə yetiriblər"

30 Mart 2017 09:48