Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İctimai Səhiyyə və İslahatlar Mərkəzində reanimasiya üzrə təlimlərə başlanılıb

İctimai Səhiyyə və İslahatlar Mərkəzində reanimasiya üzrə təlimlərə başlanılıb

Date: 13 November 2015 16:43


Bakı, 13 noyabr, AZƏRTAC 
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) noyabrın 12-13-də antenatal yardım xidməti göstərən tibb müəssisələri üçün "Yenidoğulmuşların reanimasiyası" üzrə təlim keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlim Amerika Kardiologiya Assosiasiyası və Amerika Pediatriya Akademiyasının yenidoğulmuşların reanimasiyası proqramı əsasında Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Yenidoğulmuşların reanimasiyası” dərsliyi üzrə aparılıb. Təlim iştirakçılarına neonatal reanimasiya üzrə ən son yeniliklər və texnologiyalar öyrədilib. Məşğələlərdə manekenlərdən istifadə olunub.
Təlimlərin məqsədi yenidoğulmuşların reanimasiyası zamanı komanda işinin aparılması və ölkə üzrə reanimasiya tədbirləri zamanı atılan bütün addımların sənədləşdirilməsinə müasir yanaşmaların daha geniş tətbiqinə təsir etməkdir. Bununla da həkimlərin iş potensialının artırılmasına, onların bilik və bacarıqlarının təkmilləşdirilməsinə nail olunacaq.
Təlimə Səhiyyə Nazirliyinin elmi-tədqiqat institutlarında, Azərbaycan Tibb Universitetində, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda, Respublika Perinatal Mərkəzi və Mərkəzi Klinik Xəstəxanada antenatal yardım xidməti sahəsində çalışan həkimlər cəlb olunublar.
Səhiyyə Nazirliyinin baş neonatoloqu Rüstəm Hüseynovun rəhbərliyi altında keçirilən bu təlimlər noyabrın 24-25-də, dekabrın 8-də və 9-da və 15-də və 16-da növbəti qruplar üçün təşkil olunacaq.
 

Tags:  İctimai Səhiyyə İslahatlar Mərkəzində reanimasiya üzrə təlimlərə başlanılıb


RƏYLƏR


Top news