Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məhkəmə Xoşqədəm Hidayətqızının verilişləri ilə bağlı qərar verdi

Məhkəmə Xoşqədəm Hidayətqızının verilişləri ilə bağlı qərar verdi

Date: 13 November 2015 16:47

Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Teleradio Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iddiası əsasında məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, prosesdə qərar qəbul edilib. Qərara əsasən, ANS-in iddiası təmin edilməyib.

Qeyd edək ki, şirkət şuranın 30 sentyabr 8/1 saylı qərarının ləğv olunması xahişi ilə müraciət edib.

Xatırladaq ki, sentyabrın 30-da MTRŞ-nın növbəti iclası keçirilib. İclasda ANS televiziyası tərəfindən "Televiziya və radio yayımı haqqında" qanunun tələblərinin pozulması faktı üzrə inzibati icraata baxılıb.

ANS televiziyasının efirində yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Sən tək deyilsən" və "Xoşqədəmlə axtarıram səni" proqramının yayımının 5 oktyabr 2015-ci il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılması barədə qərar qəbul edilib.

İclasda, həmçinin yayımı dayandırılmış həmin iki proqramın efir vaxtında mədəni maarifçilik, intellektual xarakterli proqramların yayımının "ANS Müstəqil Yayım və Media Şirkəti" tərəfindən  təmin edilməsi barədə qərar qəbul edilib.

Milli.Az


Tags:  Məhkəmə Xoşqədəm Hidayətqızının verilişləri bağlı qərar verdi


RƏYLƏR


Top news