"Qızıma baxanda bu hissləri təkrar yaşayıram" - foto

"Qızıma baxanda bu hissləri təkrar yaşayıram" -  foto
16:51 13 Noyabr 2015
140 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni İradə İbrahimova sosial şəbəkədə övladlarının yeni fotosunu paylşıb.

Axşam.az-ın məlumatına görə, ifaçı bir neçə gün əvvəl ad günü olan qızı İpəklə bağlı təəssüratlarını bölüşüb:

“Hər qadının heyran-heyran seyr edəcəyi bir qızı olmalıdır. Hər il qızıma baxanda bu hissləri təkrar yaşayıram. 5 il öncə ürəyim çöldə atmağa başladı. Qızım, sayəndə ana oldum. Gəlişinlə həyatıma nələri gətirdin... Sayəndə çox şey öyrəndim: yaxşı aşpaz, modelyer, həkim, müəllim, sürücü, təmizlikçi, psixoloq belə oldum. Yaxşı ki sənin kimi bir övlada sahibəm. “Anaların haqqı ödənilməz” ifadəsini səndən sonra anladım. Anamın yuxusuz gecələrini, yeməyib yedirdiyini, geyinməyib geyindirdiyini, bizim üçün nə qədər zəhmətə qatlandığını bildim. Qəribədir, yorulursan, tükənirsən, amma oturmadan yola davam edirsən. Ad günün mübarək, gözəl övladım. Allah bütün övladları qorusun".


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=40728

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR