İş vaxtı - Bildiklərimiz, bilmədiklərimiz - FOTO

İş vaxtı - Bildiklərimiz, bilmədiklərimiz - FOTO
16:52 13 Noyabr 2015
11 Digər
Ölkə mətbuatı
A- A+

"Vaxt qızıldır"- vaxtın dəyərini ölçmək istəyərkən istifadə etdiyimiz ən məşhur cümlədir. Vaxtını ən mükəmməl şəkildə qiymətləndirən "Apple" şirkətinin təsisçilərindən biri Stiv Cobs "Stenford" Universitetinin 2005-ci il məzun günündə tələbələrə səslənərkən deyir, "Sənin vaxtın məhduddur, başqasının həyatını yaşamaqla onu hədər etmə". Vaxtın dəyərini anlamaq üçün onu bir sıra ölçü vahidləri ilə müqayisə etsək də, vaxtın özü elə ölçü vahididir. Əsas da müasir həyatda insan əməyini ölçmək üçün istifadə olunur. Əməyin ölçü vahidi kimi istifadə olunmağa başlandıqdan sonra, vaxtın ən məşhur və əhəmiyyətli növlərindən biri - "iş vaxtı" - hüquqi termini istifadəyə girib. Məqalədə iş vaxtı 3 aspektdən: hüquqi, iqtisadi və tibbi aspektlərdən nəzərdən keçiriləcək.

Hüquqi aspektdən

"İş vaxtı"nın hüquqi termin kimi işlənməyə başlaması "sənaye inqilabı"ndan sonrakı dövrə təsadüf edir. İş tapmaq ümidi ilə, sənaye inqilabından sonra, insanların kəndlərdən sənaye şəhərlərinə axını başladı. Süni işıqlandırmanın kəşfindən sonra isə iş yerlərində gecə işləmək imkanı yarandı ki, bu da sahibkarların işçiləri sutka ərzində on iki, on altı saat işlədərək, əməyin istismarına şərait yaratdı. Bu isə o demək idi ki, işçilərin şəxsi işlərinə, istirahətlərinə vaxt qalmırdı. Sahibkarların belə rəftarından bezən işçi sinifi on altı saatlıq iş vaxtına etiraz olaraq tətillərə başladılar. Onu da, qeyd etmək lazımdır ki, işçilərin iş saatının azaldılması ilə bağlı tətillərə başlamamışdan öncə, Uelsli sosialist Robert Ouen 1810-cu ildə on saatlıq iş rejimi təklif edirdi. Yeddi il sonra isə, 1817-ci ildə o, bu ideyasını daha da inkişaf etdirərək səkkiz saatlıq iş rejimini təklif etdi. Bu təklifin uyğun devizi belə idi: "səkkiz saat iş, səkkiz saat qüvvənin bərpası, səkkiz saat istirahət".

Bu ideya yarandığı vaxtdan yüz iki il sonra Beynəlxalq Əmək Təşkilatının (bundan sonra BƏT) 1919-cu il tarixli, 1 saylı "İş vaxtı" Konvensiyasında hüquqi qüvvəyə mindi. Bu yüz iki illik dövrdə isə səkkiz saatlıq iş rejiminin hüquqi qüvvəyə minməsinə əsas əlbəttə ki, işçilərin tətilləri idi. İş vaxtının qısaldılması bir sıra uğursuz tətillərdən sonra nəhayət ki, 1835-ci ildə Filadelfiyada baş tutan ilk ümumi tətildə işçilər saat 6-dan 6-ya on iki saatlıq (bir saat səhər yeməyi, bir saat günorta yeməyi, on saat iş) iş rejiminə nail oldular. Lakin işçilərin bu qələbəsi, hələ tam qələbə hesab olunmurdu. İş vaxtının səkkiz saat olaraq müəyyən edilməsi üçün tətillər yenə davam etdi. Beləliklə, bu tətillər "səkkiz saat hərəkatı" adını aldı. Tətillər içində ən yadda qalanı isə heç şübhəsiz 1866-cı il mayın 1-dən 4-nə qədər Çikaqoda davam edən "Haymarket" tətili olub. Bu tətili yadda qalan edən iki hadisədən biri bütün irqlərin bir araya gələrək, həmrəy şəkildə tətil etməsi, digəri isə tətilin son günü, 7 nəfər polis işçisinin, 4 nəfər mülki vətəndaşın ölümünə səbəb olan bombanın partladılması oldu. Bunların nəticəsi olaraq, gündə səkkiz saatlıq iş rejiminə keçidin əsası qoyuldu və bütün dünyada "1 May" günü işçi günü kimi qeyd olunmağa başlandı.

Baş verən hadisələr iş vaxtı barədə qanunvericilik aktlarında, maddələrdə öz əksini tapmağa başladı. 1802-ci ildən başlayaraq, Birləşmiş Krallıqda "Fabrika aktları" qəbul olundu. Həmin aktlarda pambıq emalı zavodunda çalışan uşaqların iş saatları tənzimlənirdi, lakin onu da qeyd edək ki, bu aktlara 1833-cü ildə Əmək Müfəttişliyi yaradılana qədər əməl olunmurdu.

İş vaxtına rəsmi anlayış ilk dəfə Beynəlxalq Əmək Təşkilatının 10 İyun 1930-cu il tarixli, 30 nömrəli "İş vaxtı" Konvensiyasının 2-ci maddəsində verilmişdir, "Bu Konvensiyanın məqsədinə uyğun olaraq, "iş vaxtı" dedikdə, işçilərin sahibkarın sərəncamında olduğu dövr başa düşülür, buraya işçilərin sahibkarın sərəncamında olmadığı istirahət fasilələri aid deyil".

İqtisadi aspektdən

İş vaxtının iqtisadi baxımdan məna kəsb etməsinə həm işəgötürən, həm də cəmiyyət mənafeyi nöqteyi-nəzərindən yanaşaq.

İşəgötürən üçün iş vaxtının müəyyən edilməsi, ona görə vacibdir ki, işəgötürən müəyyən istehsalını, işini, xidmətini qabaqcadan müəyyənləşdirilmiş planla həyata keçirir. Qabaqcadan hazırlanan iş planı üzrə işin vaxtında görülməsi vacib əhəmiyyətli məsələlərdən biridir. Plan üzrə işəgötürənin iş vaxtına necə yanaşması onun peşəkarlıq dərəcəsindən xəbər verir. Belə ki, əsl peşəkar işəgötürən iş vaxtından səmərəli istifadə edərək, iş vaxtı itkisinə yol verilmədən istehsalın, işin, xidmətin plan üzrə başa çatdırılmasına çalışır.

Cəmiyyət mənafeyini nəzərdə tutduqda, yəni, iş vaxtı nə qədər qısa olarsa, işçilərin öz həyatlarına vaxt sərf etmələri də o qədər asanlaşar. Bu hal da artıq yeni terminin yaranmasına gətirib çıxarmışdır. Bu terminin adı "iş-həyat balansı" (work-life balance) olaraq, terminologiyaya daxil olmuşdur. Artıq ölkələrdə iş həyatının həddləri nəzərdən keçirilərkən "iş-həyat balansı" əsas faktor kimi nəzərdə tutulur. Əgər bir ölkənin "iş-həyat balansı" yaxşıdırsa, həmin ölkənin iş şəraiti də yaxşı sayılır. Xatırladaq ki, könüllü olaraq, ilk dəfə 1 may 1926-cı ildə, əmək haqqı eyni qalmaqla, öz işçilərinin həftəlik iş günlərinin sayını 6-dan 5-ə, iş saatlarını isə 48-dən 40-a endirən, "Ford Motor Company" şirkətinin qurucusu Henri Ford, "Dünya İş Jurnalı"na müsahibəsində qeyd edir ki, istirahət vaxtı inkişaf edən istehlak bazarının ayrılmaz tərkib hissəsidir, çünki işçilər avtomobillər daxil olmaqla istehlak məhsullarından istifadə etməyə kifayət qədər vaxt tapmalıdırlar.

Tibbi aspektdən

Tibbi aspektdən iş saatının müəyyənləşməsində əsas faktor kimi, insan beynində olan bioloji saatın böyük əhəmiyyəti var. Vaşinqton Universitetinin araşdırmasına əsasən, insan beynində işığa duyarlı bir neçə bioloji saat mövcuddur.

Bioloji saat Melatonin - epifizin ən əsas hormonudur. Gecə və gündüzün sirkat ritmini təyin edir. Epifiz vəzisinin pineolasit hüceyrəsindən ifraz olunur. Elektromaqnit sıxlığı artdıqca onun ifraz olunması azalır. İnsan bu hormon sayəsində yuxuya gedir. İnsanda yorğunluğu artırır. Bu proses saat 23:00-dan 05:00-dək davam edir. İfraz olunması işıqda azalır, qaranlıqda isə artır.

İş vaxtının saat 6-da bitməsi isə belə əsaslandırıla bilər ki, saat 6-dan yarım saat sonra qan təzyiqinin, 1 saat sonra isə bədən tempraturunun artması müşahidə olunur. Bu səbəblərdən iş vaxtından artıq işləyənlərin ölüm riskləri çoxalır.

Ölkələr üzrə iş vaxtları;

İş vaxtına yuxarıda nəzərdən tutduğumuz aspektlər ilə baxdıqdan sonra, müasir dövrdə ölkələr üzrə iş vaxtına necə yanaşıldığını nəzərdən keçirək.

İş vaxtının beynəlxalq standartı BƏT-in yuxarıda qeyd etdiyimiz Konvensiyalarında öz əksini tapmışdır. Beynəlxalq standart həftəlik iş vaxtı üçün 40 saat, gündəlik iş vaxtı üçün isə 8 saat müəyyən edir. Ölkələr üzrə isə hər ölkənin öz daxili hüquq sisteminə əsasən, müxtəlif iş saatları tətbiq olunur. Məqalədə xarici ölkələrin iş vaxtları daxili qanunvericilik aktlarına və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) statistik məlumatlarına əsasən yazılmışdır:

Amerika Birləşmiş Ştatları:

ABŞ-da iş vaxtı FLSA (the fair labor standart act) əsasən, həftəlik 40 saat müyyənləşdirilib. Lakin amerikalıların çoxu bu standartın üstündə işləyirlər. "Gallup" araşdırma mərkəzinin sorğusuna əsasən, yetişkinlərin ortalama həftəlik iş rejimi 47 saatdır. Amerika vətəndaşlarının 21%-i 50 saatdan 59 saata qədər işləyir.

Almaniya:

"Almaniya İş Vaxtı Aktı"na (Arbeitszeitgesetz) əsasən, gündəlik iş vaxtı 8 saatdan artıq ola bilməz. Lakin, 6 təqvim ayı və ya 24 həftə ərzində ortalama gündəlik iş vaxtı 8 saatı keçməmək şərti ilə, gündəlik iş vaxtı 10 saata qədər uzadıla bilər.

Avstriya:

ABŞ-da olduğu kimi burada da , "Avstriya İş Vaxtı Aktı"na əsasən, həftəlik iş vaxtı 40 saatdır. Lakin bu maksimal həddir. Demək olar ki, Avstriyada hər kəs 40 saatdan az işləyir. Statistikaya uyğun olaraq, ofis işçiləri həftədə 32 saat, dövlət qulluqçuları 20 saat işləyir.

Çin:

Çin Xalq Respublikası Əmək Qanununa görə gündəlik iş vaxtı 8 saatdan, həftəlik isə 44 saatdan artıq ola bilməz. Lakin, aşağıdakı statistikadan da görüldüyü kimi, təcrübədə çinlilərin müəyyən edilmiş iş vaxtından artıq işləməsi normal hal almışdır. Verilən məlumatdan da görünür ki, özəl müəssisələrdə işləyənlərin 50%-ə qədəri 8 saatdan artıq işləyir.

Fransa:

Tarixdə hüquq sistemində edilmiş köklü islahatlara görə fərqlənən və hüququn beşiyi adlanan Fransa, əmək hüququnda da digər ölkələrdən fərqlənir. Dünyada ilk dəfə Fransa 35 saatlıq iş həftəsi müəyyən etmişdir (Fevral, 2000-ci il). Belə fərqli həftəlik iş vaxtının müəyyən edilməsi Fransanın 21-ci prezidenti Fransua Mitterandın adı ilə bağlıdır. Hələ 1981-ci il prezident seçkilərində Fransua " Fransa üçün 110 təklif" siyasi kompaniyasında həftəlik iş vaxtının 35 saata endirilməsini nəzərdə tuturdu. Lakin həmin dövrdə yalnız 39 saata endirilə bilmişdi.

Hollandiya:

Hollandiya qanunvericiliyi də gündəlik və həftəlik iş vaxtlarının ən yüksək həddini müvafiq olaraq 8 və 40 saat olaraq müəyyən etmişdir. Lakin İƏİT-in hesabatlarına əsasən, hollandiyalılar həftədə 29 saat işləyirlər. Belə ki, İƏİT-in 2011-ci il hesabatına görə Hollandiya dünyada ən yaxşı iş şəraitinə görə seçilən ölkələr sırasında üçüncü yerdədir.

Hindistan:

1948-ci ildə qəbul edilmiş Fabrikalar Aktı (Factories Act) ilə həftəlik iş saatının yüksək həddini 48 saat, gündəlik iş vaxtını isə 9 saat olaraq müəyyən etmişdir.

Türkiyə:

Qardaş ölkə iş vaxtının həddlərini 2003-cü ildə qəbul etdiyi "İş Qanunu"nda ( İş kanunu) təsbit etmişdir. Qanunun 63-cü maddəsinə əsasən, həftəlik iş vaxtı 45 saatdır, gündəlik iş vaxtı isə həftəlik iş vaxtının iş günlərinin sayına bölünərək hər iş günü üçün bərabər olaraq müəyyən edilir.

Azərbaycan:

Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il tarixli Konstitusiyasının 37-ci və 1 fevral 1999-cu il Əmək Məcəlləsinin 89.2-89.3-cü maddələrinə əsasən, hər kəsin gündəlik ən çox 8 saat, həftəlik 40 saat işləmək hüququ var.

Qeyd etmək lazımdır ki, iş vaxtı təkcə gündəlik və həftəlik iş saatlarının müəyyən edilməsi ilə kifayətlənmir. Ümumiyyətlə, əmək qanunvericiliyinin bir sahəsi olan iş vaxtının daxilində bir çox məsələlər mövcuddur ki, onların özləri də bir sıra ümumi və xüsusi qanunverilik aktları ilə tənzimlənir. İş vaxtının ən ümumi və əsas məsələləri AR Konstitusiyası və Əmək Məcəlləsi ilə, xüsusi məsələləri isə hər il yenilənən və xüsusi məsələləri tənzimləyən Nazirlər Kabinetinin qərarları, Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Kollegiyasının qərarları, BƏT-in AR tərəfindən ratifikasiya edilmiş konvensiyaları ilə tənzimlənir. Bu aktların hamısını işçinin, işəgötürənin iş vaxtını düzgün hesablamaq üçün mütləq nəzərə almaq lazımdır. Təcrübədə, iş vaxtının düzgün tənzimlənməsi üçün bir çox şirkətlər xüsusi mütəxəssislər cəlb edirlər.

"Busines Service Centre" MMC-nin hüquqşünası olaraq qeyd etməliyəm ki, iş vaxtı barədə bir çox məsələlər qanunvercilikdə öz əksini tapsa da, onların hamısının eyni anda tətbiqi elə də asan iş deyil. Bu işi görmək üçün şirkətlərin, müəssisələrin bu sahədə təcrübəli işçilərə, şirkətlərə ehtiyacı var. Çox illik hüquq təcrübəsinə əsasən, "BSC" MMC, öz işçiləri ilə birlikdə iş vaxtı sahəsində yaranan və yarana biləcək problemlərinizi professional hüquqa əsaslanan və Sizlər üçün ən sərfəli şəkildə görməyə hazırdır.

Milli.Az






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Dieqo Kostadan “Çelsi” rəhbərliyinə SƏRT MESAJ

19 Avqust 2017 07:33

Trampın "Twitter" hesabının dəyəri açıqlandı

19 Avqust 2017 07:29

Sakit okeanda güclü zəlzələ: iki ada silkələndi

19 Avqust 2017 07:24

Bu gün Azərbaycan Premyer Liqasında II tura start veriləcək

19 Avqust 2017 07:12

Çində daşqınlar 10 nəfərin ölümünə səbəb olub

19 Avqust 2017 07:07

Yaponiya və Çin arasında gərginlik - Pekinə xəbərdarlıq edildi

19 Avqust 2017 07:03

Bakıda "Azsamand" yandı

19 Avqust 2017 06:39

Yeni doğulmuş körpələrdə doğru bildiyimiz yanlışlar

19 Avqust 2017 06:33

Ən böyük 50 qaradərili idmançının reytinqi açıqlandı

19 Avqust 2017 06:29

Konqoda 200 nəfər torpaq sürüşmələrinin qurbanı olub

19 Avqust 2017 06:22

Neftimizin qiyməti cüzi ucuzlaşıb

19 Avqust 2017 06:03

Qida zəhərlənməsini yüngülləşdirən prosedurlar

19 Avqust 2017 05:33

Venesuelanın keçmiş baş prokuroru prezident Maduronu korrupsiya qalmaqalında ittiham edib

19 Avqust 2017 05:32

Beyləqanda ev əşyaları ilə birgə yandı

19 Avqust 2017 05:29

Status paylaşanlar pul qazanacaq - yeni sosial şəbəkə

19 Avqust 2017 05:03

Trampın daha bir müşaviri vəzifəsini tərk etdi

19 Avqust 2017 04:39

"Liverpul"dan "Barsa"ya növbəti rədd cavabı - Koutinyonu satmırlar

19 Avqust 2017 04:33

Trampın sərmayələrin qanuni tənzimlənməsi üzrə xüsusi məsləhətçisi öz postunu tərk edəcək

19 Avqust 2017 04:17

Tryudo Barselonada Kanada sakinlərinin öldürüldüyünü bildirib

19 Avqust 2017 04:07

Dünyanı yeni xəstəlik bürüyə bilər - Nigeriyada mənşəyi məlum olmayan virus yayıldı

19 Avqust 2017 04:03

Adriana bu dəfə Metinlə qayıtdı - FOTOLAR

19 Avqust 2017 03:33

Bakıda 7 otaqlı ev yandı

19 Avqust 2017 03:19

Barselonada terror aktında yaralananların 15-nin vəziyyəti ağırdır

19 Avqust 2017 03:07

“Qarabağ”a qol vurmuş hücumçu “Milan”da

19 Avqust 2017 03:03

6 metrlik quyuya düşən şəxs xilas olundu - Şəkidə

19 Avqust 2017 02:54

Trampın məsləhətçisi istefadan sonra prezidentlə "müharibəyə gedəcəyini" bildirib

19 Avqust 2017 02:52

Evdə hazırlaya biləcəyiniz və sizi gözəlləşdirəcək maskalar

19 Avqust 2017 02:33

Bakıda mənzildən meyit tapılıb

19 Avqust 2017 02:19

Şəkidə üzüm istehsalı 5 min tona çatdırılacaq

19 Avqust 2017 02:03

Almaniyada bıçaqla hücum olub -

19 Avqust 2017 01:50

Salyanda qonşu qonşunu bıçaqladı

19 Avqust 2017 01:39

102 yaşlı ən qoca paraşütçü - VİDEO

19 Avqust 2017 01:33

Dünyanı yeni xəstəlik bürüyə bilər -

19 Avqust 2017 01:25

Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı başa çatıb

19 Avqust 2017 01:22

Bakıda "KaMAZ" minik avtomobillərinə çırpılıb: xəsarət alanlar var

19 Avqust 2017 01:07

Faydaları saymaqla bitmir... - KEFİRİN EVDƏ HAZIRLANMA QAYDASI

19 Avqust 2017 01:03

"Liverpul"dan "Barsa"ya növbəti rədd cavabı -

19 Avqust 2017 00:54

Mingəçevirdə kişi meyiti tapılıb

19 Avqust 2017 00:37

2004-cü ildən bəri Avropada törədilən TERROR AKTLARININ XRONİKASI

19 Avqust 2017 00:33

Suriya müharibəsi başa çatır -

19 Avqust 2017 00:30

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08

Dövlət Departamenti: ABŞ qoşunları İŞİD üzərində qələbədən sonra Suriyada qalmayacaq

19 Avqust 2017 00:02

Portuqaliyada fövqəladə vəziyyət elan edildi

19 Avqust 2017 00:02

Neftimiz cüzi ucuzlaşıb

18 Avqust 2017 23:52

Azərbaycan təbii qazını Avropaya nəql edəcək TAP: Yay mövsümündə tikinti işləri aparılmır

18 Avqust 2017 23:48

Bakıda İNANILMAZ OLAY: sərnişin avtobus sürücüsünün üstünə tapança çəkdi - GÖRÜNTÜLƏR

18 Avqust 2017 23:39

Yaponiya və Çin arasında gərginlik -

18 Avqust 2017 23:38

“İphone 7” smartfonu LİDERDİR

18 Avqust 2017 23:33

"Arsenal"ı alsam, ilk işim Vengeri qovmaq olacaq"

18 Avqust 2017 23:19

Dünyanın ən "axmaq" 10 estetik əməliyyatı - VİDEO

18 Avqust 2017 23:18