Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

G 20 iştirakçıları Türkiyənin ən bahalı otellərini seçdilər

G 20 iştirakçıları Türkiyənin ən bahalı otellərini seçdilər

Date: 13 November 2015 16:56

Noyabrın 15-dən 16-dək Türkiyənin Antalya şəhərində “Böyük iyirmiliyin”(G 20) 10-cu sammitinin keçirilməsi ilə bağlı şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib.

ANS PRESS-in məlumatına görə, Türkiyədə qeyri sabit siyasi vəziyyətlə bağlı bu ilki sammit keçən ilkindən xeyli fərqlənir. Əgər 2014-cü ildə Avstraliyanın Brisben şəhərində keçirilən sammitdə yerli sakinlər dünya liderlərini görməyə müvəffəq olmuşdularsa və Angela Merkel hətda futbol azarkeşləri ilə pivə içmişdirsə, bu il hər şey başqa cür olacaq.

Beləkdə baş tutacaq sammitdə iştirak edəcək ölkə başçıları və onların müşahidə qrupu xüsusi mühafizə edilən "qırmızı sahədə" olacaqlar. Hazırda sammitinin keçiriləcəyi Belək kurort ərazisində yerləşən otellərin ətrafında təhlükəsizlik tədbirləri yüksək səviyyədə görülür. Bura yalnız xüsusi buraxılış vərəgələri ilə keçəmək olar. Bu günlərdə otellərə adi turistlər buraxılmacaq eyni zamanda qolf sahələridə fəaliyyət göstərməyəcək.


Bələk xəritədə


Bu il keçiriləcək sammit təhlükəsizlik tədbirlərinə görə 2013-cü ildə Sankt-Peterburqda keçirilən sammitlə müqayisə olunur. O zaman dövlət başçılarını Konstantinovsk sarayının yaxınlığında qapalı kottec ərazisində yerləşdirmişdilər.

Türkiyə hakimiyyəti isə möhtəşəm tədbirlə əlaqədar ən nüfuzlu otellərin yüksək səviyyəli qonağların ixtiyarına verilməsinə dair göstəriş verib.

Bazar günü keçiriləcək vacib görüş Türkiyənin ən məşhur kurort sahəsi hesab edilən Bələkdə baş tutacaq. Antalyanın qubernatoru Müəmmar Türkər artıq Bələkdə yerləşən 46 5 ulduzlu ottəldən 30-nun samiitin qonaqları üçün ayrıldığını bildirib. Hər ölkəyə Türkiyə xarici işlər nazirliyi 3 yerləşmə növü təklif edib və dövlət bunlardan ən yaxşısını və ona uyğun olanı seçməli idi.

İlk olaraq seçimini Səudiyyə Ərəbistanın kralı Salman bin Əbdül-Əziz Əl Səud edib. O sammit zamanı azərbaycanlı əsilli milyarder Telman İsmayılovun tikdiyi 5 ulduzlu "Mardan Palace" otelində qalacaq. Bu otelin tikintisinə 1,5 milyard dollar sərf edilib, bu günlərdə isə mehmanxana sahibinin çox saylı borclarına görə hərraca çıxarılıb və 124 milyon dollara Türkiyənin "HalkBank" bankına satılıb. Lakin otelin problemləri hələ yay aylarından başlayıb. O zaman otelin müştəriləri nömrələrin pis təmizlənməsi və elektriklə olan problemlərlə bağlı şikayət ediblər. Amma Səudiyyə Ərəbistanı kralı bu çətinliklərdən çəkinməyərək otelin bir aylıq kirayəsi üçün 18 milyon dollar ödəyib. Yüksək səviyyəli qonaqların qəbuluna ötəy aydan başlanılıb. Otelin interyeri kralın zövgünə və vərdişlərinə uyğunlaşdırılıb, mehmanxana ərazisində qırmızı xalçalar salınıb, personala isə xüsusi təlim keçirilib. Oteldə ərəblərdən başqa heç kəs yaşamayacaq - Kral özgə insanlarla eyni binada qalmağı sevmir.


"Mərdan Palace"

Almaniya kansleri Angela Merkel otel seçimində daha təvəzökar olub. Türkiyə KİV-nin məlumatına görə xanım Merkel "Kempinski Dome"da qalacaq. Avropanın digər liderləridə otellərdə qənaət etmək fikrindədirlər.


Angela Merkelin qalacağı otel


Fransa prezidenti Fransua Olland, İtaliya baş naziri Matteo Renzinin seçdiyi otellər sadəliyi ilə fərglənir. Bu otellərin tikintisində qızıl, svarovski qaşları və digər bahalı atributlardan istifadə olunmayıb.


Fransua Ollandın qalacağı otel


Matteo Renzinin seçdiyi otel


Ən qənaətcil yerləşmə növünü Yaponiyanın baş naziri Sindzo Abe seçib. Yaponiyalı baş nazir sadə bir otelin prezident nömrəsini rezervasiya edib ki, bu ona 1200 avroya başa gəlib.


Sindzo Abenin seçdiyi otel


İlkin məlumatlara görə, ABŞ prezidenti Barak Obama G20 sammitinin əsas tədbirlərinin baş tutacağı «Regnum Carya Golf&Spa Resort» otelində qalacaq. Bu səbəbdən oteldə təhlükəsizlik tədbirləri iki qat gücləndirilib. Ötən həftə Antalyada 20 İŞİDçinin tutulması ilə bağlı Obamanın ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi qəminin gğyərtəsində gecələyəcəyi də istisna edilmir.


Barak Obamanın qalacağı otel


ABŞ HDQ-ə məxsus qəmi

Dünyanın digər super dövlətinin başçısı Rusiya Prezidenti Vladimir Putinə gəldikdə isə, o, Türkiyə KİV-in məlumatına görə, əsasən zəngin rusların üstünlük verdiyi «Maxx Royal Belek» otelində qalacaq. Məlumatı Kremldə şərh etməkdən imtina ediblər.Bu oteldə iki mərtəbəli penthauslar var və şəxsi ofisiantları olan villalar yerləşir.
Türkiyə KİV-i həmçinin məlumat verir ki, Putin ilə eyni oteldə Azərbaycan Prezidenti İlham Əliyevdə qalacaq.

İlham Əliyev G20 sammitində Türkiyə tərəfinin xüsusi dəvəti ilə iştirak edəcək.


Vladimir Putin və İlham Əliyevin yaşayacağı iddia edilən otel


Tags:  20 iştirakçıları Türkiyənin bahalı otellərini seçdilər


RƏYLƏR


Top news