Baş nazirin müavini Qazax və Zaqatalada məcburi köçkünlər üçün salınan yaşayış komplekslərində işin gedişi ilə tanış olub

Baş nazirin müavini Qazax və Zaqatalada məcburi köçkünlər üçün salınan yaşayış komplekslərində işin gedişi ilə tanış olub
16:57 13 Noyabr 2015
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 noyabr. REPORT.AZ/ Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) sədri Əli Həsənov tikinti işlərinin başa çatması ilə bağlı real vəziyyəti öyrənmək məqsədilə Qazax və Zaqatala rayonlarında məcburi köçkünlər üçün yeni salınan yaşayış komplekslərində olub. Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən məlumat verilib. Qazax rayonuna gələn Baş Qazax rayonunda olan Ə.Həsənov tikinti şirkətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə yeni salınan məhəllədə tikinti işlərinin başa çatması ilə bağlı birgə müzakirələr aparılıb.
Bildirilib ki, Qazax rayonu ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə şəhərciyin salınması işləri başa çatmaq üzrədir. Layihəyə uyğun olaraq ərazidə 10 ədəd 4 mərtəbəli , 300 mənzilli binalar tikilib. Binalarda 52 ədəd 1 otaqlı, 156 ədəd 2 otaqlı, 88 ədəd 3 otaqlı, 8 ədəd isə 4 otaqlı mənzillər vardır. Ərazidə bundan əlavə 220 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi, ATS binası və klub-icma mərkəzi üçün də binalar tikilib. Yaşayış kompleksi qaz, su, müasir istilik sistemi və elektrik ilə tam təchiz olunacaq.  
Ə.Həsənov Zaqatala rayonunda olub və həmin rayon ərazisində müvəqqəti məskunlaşan məcburi köçkünlər üçün 135 ailəlik bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə inşası aparılan 3 ədəd 5 mərtəbəli binalardan ibarət yeni yaşayış kompleksində aparılan tikinti işlərinin gedişi ilə də maraqlanıb.
Zaqatala rayonu ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə yaşayış kompleksinin tikintisi başa çatmaq üzrədir. Layihəyə uyğun olaraq ərazidə 10 ədəd 1 otaqlı, 65 ədəd 2 otaqlı, 50 ədəd 3 otaqlı, 10 ədəd isə 4 otaqlı mənzillər vardır. Ərazidə bundan əlavə 150 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası və inzibati bina tikilir. Yaşayış kompleksi qaz, su, müasir istilik sistemi və elektrik ilə tam təchiz olunacaq.
Hər iki rayonun ərazisində aparılan tikinti işlərinin gedişi ilə yaxından tanış olduqdan sonra baş nazirin müavini ərazidə inşaat işlərini aparan tikinti şirkətləri rəhbərlərinin arzu və təkliflərini dinləyib və onlara öz tövsiyələrini verib.
Əli Həsənov tikinti şirkətlərinin rəhbərlərinə işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib və işlərin tikinti qaydalarına uyğun olaraq yüksək səviyyədə icra olunmasının vacibliyini bildirib.
Baş nazirin müavini Əli Həsənov bir daha vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə hər il minlərlə məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Yuxarıda göstərilən rayonların ərazisində salınan bu yaşayış massivi dövlətimizin başçısının müvafiq sərəncamları ilə təsdiq edilən Dövlət Proqramının müvafiq bəndinə əsasən inşa edilir.
Məcburi köçkünlərin məskunlaşdırılmasının ölkəmizin qarşısında duran prioritet məsələ olduğunu qeyd edən Əli Həsənov bildirib ki, dövlətimizin başçısı qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayır və bu məqsədlə qarşıya konkret vəzifələr qoyub. Bu vəzifələrin yüksək səviyyədə həlli istiqamətində Prezident İlham Əliyevin müəyyən etdiyi strategiya, həmçinin dövlətimizin başçısının qaçqınlara və məcburi köçkünlərə diqqət və qayğısından irəli gələn tapşırıqlar vaxtından əvvəl və keyfiyyətlə yerinə yetirilməlidir.
İnşasına bu ilin əvvəlində başlanan qəsəbələrdəki inşaat işlərinin gedişində heç bir problem yaşanmadığını bildirən, ayrı-ayrılıqda istər yaşayış binalarının, istərsə də bu məhəllədə inşa olunan məktəb binasının, uşaq bağçasının, həmçinin tibb məntəqəsi, ATS binası, klub-icma mərkəzi və digər sosial obyektlərin, istərsə də daxili elektrik xətləri, su, kanalizasiya xətləri, qızdırıcı sistem və digər texniki infrastrukturların inşasını həyata keçirən tikinti təşkilatlarının rəhbərləri məlumat verərək bildiriblər ki, onlar məsul olduqları sahələrdə işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün bütün imkanlardan istifadə edəcəklər.
Qərara alınmışdır ki, tikinti işlərində keyfiyyətə də ciddi fikir verilməli və yaşayış kompleksləri bütün infrastruktur obyektləri ilə birlikdə yüksək keyfiyyətlə təhvil verilməlidir. 

Xəbərin orijinal ünvanı: http://report.az/dagliq-qarabag/qazax-ve-zaqatalada-mecburi-kockunler-ucun-salinan-yasayis-kompleksleri

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR