Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Həmişə peşman oluram"

"Həmişə peşman oluram"

Date: 13 November 2015 17:01

Aktyor Müşviq Şahverdiyev özü ilə bağlı maraqlı etiraflar edib.

Axşam.az-ın məlumatına görə, aktyor “Yeri gəlmişkən” verilişində altıncı hissinin güclü olduğunu bildirib:

“Altıncı hissim güclüdür. Başıma gələcək hər bir hadisəni əvvəlcədən hiss edirəm. Hətta evə gedəndə yolda düşünürəm ki, “Ürəyim bu yeməyi istəyir, evə gedim ki, anam bişirib”. Həqiqətən də evə çatanda görürəm ki, anam o yeməyi hazırlayıb. Hər şeyə qarşı beləyəm. Kimsə harasa dəvət edir. Hiss edirəm ki, orada qanım qaralacaq. Həqiqətən də elə olub. Getmişəm 1 nəfər pis danışıb, peşman olmuşam. Bəzən səhər oyanıram ki, sevinirəm. Başlayıram güzgü qabağına öz-özümə oynamağa. Hiss edirəm ki, kimsə yığıb şad xəbər deyəcək. Bunlara baxmayaraq, çox vaxt hisslərimlə davranmıram. Belə edəndə də həmişə peşman oluram”.

Tags:  Həmişə peşman oluram

RƏYLƏR


Top news