Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri)” jurnalının növbəti nömrəsi çapdan çıxıb

“AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri)” jurnalının növbəti nömrəsi çapdan çıxıb

Date: 13 November 2015 17:03


Bakı, 13 noyabr, AZƏRTAC
“AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri)” jurnalının yetmişinci cildinin ikinci nömrəsi çapdan çıxıb. Nəfis şəkildə çap olunmuş jurnalın bu nömrəsi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaradılmasının 70 illik yubileyinə həsr edilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, növbəti buraxılış jurnalın baş redaktoru, akademik Cəlal Əliyevin AMEA-nın 70 illik yubileyinə həsr olunan təbrik məqaləsi ilə başlanır. Məqalədə akademiyanın yetmiş ildə keçdiyi çətin və şərəfli yola qısa nəzər salınır, əldə olunan nailiyyətlərdən bəhs olunur, gələcəkdə AMEA-nın və Azərbaycan elminin qarşısında duran məsələlərdən söz açılır. Eyni zamanda, jurnalda akademiyanın institutlarında və respublikanın müxtəlif ali təhsil, elmi-tədqiqat müəssisələrində biologiya və tibb elmləri sahəsində aparılan tədqiqatların nəticələrindən bəhs edən məqalələr dərc olunub. Nəşrdə müxtəlif sahələrdə aparılan tədqiqatları əks etdirən məqalələrlə yanaşı, Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olan görkəmli alimlərimizin yubileylərinə həsr edilən yazılar da yer alıb.

Tags:  AMEA-nın Xəbərləri biologiya tibb elmləri jurnalının növbəti nömrəsi çapdan çıxıb


RƏYLƏR


Top news