Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

MSK narazı namizədlərin müraciətlərinə baxıb

MSK narazı namizədlərin müraciətlərinə baxıb

Date: 13 November 2015 17:03

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərlə bağlı müraciətlərə baxılıb.

Trend-in məlumatına görə, 30 saylı Suraxanı seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Vurğun Əyyub, 95 saylı Tərtər seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Şəhriyar Məcidzadə, 47 saylı Mingəçevir seçki dairəsindən namizədliyi qeydə alınmış Nurəddin Rüstəmli və digərləri MSK-ya müraciət edərək seçki prosesində qanun pozuntularına yol verildiyini iddia ediblər.

İclasda bildirilib ki, MSK-ya daxil olan müraciətlər ekspert qrupu tərəfindən araşdırılıb. Müraciətlərdən bəziləri qanunvericilikdə müəyyən olunmuş şikayət vermə müddətini keçməklə təqdim edildiyindən, bəziləri isə əsassız olduğundan təmin edilməyib. Bir müraciət isə baxılması üçün aidiyyatı üzrə dairə seçki komissiyasına göndərilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  MSK narazı namizədlərin müraciətlərinə baxıb

RƏYLƏR


Top news