MedNot saytı vasitəsilə dərmanlar sifari ş etmək olar

MedNot saytı vasitəsilə dərmanlar sifari ş etmək olar
17:18 13 Noyabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC 
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) ofisində “MedNot (elektron tibbi reseptlər, e-health, m-health) layihəsi: sığorta şirkətləri üçün perspektivlər” mövzusunda görüş keçirilib.
ASA-dan AZƏRTAC-a verilən məlumata görə, görüşdə layihənin ideya müəllifi İlqar Tağıyev görüş iştirakçılarına “MedNot” layihəsinin məqsədi, tətbiq istiqamətləri, sığortaçılar üçün əhəmiyyətindən bəhs edən təqdimatla çıxış edib.
Layihə müəllifinin sözlərinə görə, “MedNot” layihəsi çərçivəsində həkimlərlə xəstələr, o cümlədən apteklərlə dərman şirkətləri arasında əlaqə quran sayt yaradılıb. Saytdan qeydiyyatdan keçdikdən sonra əldə olunan kod vasitəsilə mobil telefon və ya kompyuter vasitəsilə həkim və ya pasient, həmçinin dərmanlar haqda operativ məlumatlar əldə edə biləcəklər. Bundan başqa, sayt vasitəsilə dərman sifarişini SMS və ya onlayn şəkildə həyata keçirmək olacaq. Ən əsası isə, saytda dərmanların vahid uçotunu və analizini aparmaq olacaq. Bunun vasitəsilə istifadəçi vaxtı keçmiş və ya vaxtının keçməsinə az qalmış dərmanların siyahısı ilə tanış ola biləcək.
Bildirilib ki, layihənin sığortaçılar üçün də əhəmiyyətlidir. Belə ki, saytdakı məlumatları İcbari Tibbi Sığorta, o cümlədən digər sığorta şirkətləri üçün baza kimi istifadə etmək mümkündür.
Xatırladaq ki, görüşdə 20-yə yaxın tibbi sığorta mütəxəssisi iştirak edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/MedNot_sayti_vasitesile_dermanlar_sifari_s_etmek_olar-901798

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR