Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda yol polisinin idarə etdiyi motosiklet aşdı

Bakıda yol polisinin idarə etdiyi motosiklet aşdı

Date: 13 November 2015 17:19

Xəsarət alan polis əməkdaşı hospitala yerləşdirilib

Bakıda yol polisinə məxsus motosiklet aşıb. Lent.az-ın əldə etdiyi məlumata görə, dünən axşam saatlarında Yasamal rayonu ərazisində Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisinin əməkdaşı, polis serjantı Elvin Mahmudlunun idarə etdiyi "Yamaha" markalı motosiklet aşıb. Xidməti motosikletin aşması nəticəsində 29 yaşlı polis serjantı xəsarət alıb. O, Daxili İşlər Nazirliyinin Arif Heydərov adına hospitalına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.


Tags:  Bakıda yol polisinin idarə etdiyi motosiklet aşdı

RƏYLƏR


Top news