"Baş" gəlir - foto

"Baş" gəlir - foto
17:26 13 Noyabr 2015
23 Şou
Ölkə mətbuatı
A- A+

Təxminən iki əsr əvvəl Qafqazda baş vermiş mühüm tarixi hadisələrdən bəhs edən əsərdə nələrin şahidi olacaqsınız?

- 1806-cı ilin 8 fevral günündə Bakıda, Qoşa Qala divarları qarşısında nə baş verdi?

- Hüseynqulu xan Bakı ağsaqqallarını, bəylərini, axundlarını Məşvərət otağına hansı mühüm qərarın müzakirəsi üçün toplamışdı?

- Hüseynqulu xanın bacısı oğlu Mahmud bəy məşvərətdə çılğıncasına danışıb, hansı təklifi söylədi? Mahmud bəyin aşırı türkçülüyü hardan qaynaqlanırdı?

- Qafqaz ordusunun Baş komandanı general Sisianov Bakının rəmzi açarını niyə qəbul edə bilmədi? Sisianovun qalib ədasıyla, at belində şəhərə daxil olmasının qarşısı necə alındı? Gəncənin adını dəyişib Yelizavetpol edən Sisianova Bakını Aleksandropol etmək niyə qismət olmadı?

- Qoşa Qala qapısının önündə general Sisianov necə qətlə yetirildi? Lal Qafaroğlu Sisianovun başını bədənindən necə ayırdı?

- Sisianovun kəsilmiş başını Qacar sülaləsinin vəliəhdi Abbas Mirzəyə kimlər çatdırdı? Mahmud bəylə Abbas Mirzə arasında hansı söhbət oldu? Mahmud bəyin sonrakı, Sibirdə bitən taleyi...

- Fətəli Şahin baş hərəmi, İbrahim Xəlil xanın qızı Ağabəyim Ağa Sisianovun kəsilmiş başı qarşısında hansı bəd duanı etdi?

- Ağabəyim Ağanın Napoleonun zövcəsi Jozefina, Aleksandrın zövcəsi Yelizaveta ilə məktublaşmaları... Ağabəyim Ağanın xeyirxahlıqları, şahın məhbəsində bir ilə yaxın yatan fransız alim-nəbatatçısı Forşu azad etməsi...

- Gənc zabit Pavel Sisianovun da müsahidə etdiyi Don kazakı Yemelyan Puqaçovun məharətlə təsvir olunmuş qətl səhnəsi...

- Çariça Mariyanın general Lazarevin qarnına xəncər soxaraq qətlə yetirməsinin inanılmaz təsviri...

- General Sisianovun göyüzündəki sərgərdan ruhu hansı hadisələrə təəssüflənir, baş verən hansı olaylardan təəccüblənib çaşbaş qalırdı?

- II Yekaterinanın öz oynaşı Platon Zubovu birdən-birə praporşiklikdən generallığa yüksəltməsi və onun qardaşı Valerian Zubovu Qafqaz ordusunun baş komandanı təyin etməsi...

- Fransa – İngiltərə - Rusiya – Osmanlı və Qacarlar arasında siyasi mübarizələr, müharibələr, nüfuz savaşı...

- Daha nələr, nələr...

Bütün bunlar xalq yazıçısı Elçinin səlis, axıcı dil, gözəl təhkiyəylə qələmə alınmış, dövrlə bağlı hədsiz, zəngin informasiyaların toplandığı yeni, möhtəşəm “BAŞ” ROMANINDA...

Hər kəsin oxumalı, öyrənməli, ibrət götürməli, düşünməli olduğu yeni Mükəmməl əsər!

“Qanun” nəşriyyatının çap etdiyi yeni kitabı yaxın vaxtlarda qarşılayın!


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=40732

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR