“Kiçik sahibkarlığa dövlət köməyi haqqında” qanuna dəyişiklik edilib

“Kiçik sahibkarlığa dövlət köməyi haqqında” qanuna dəyişiklik edilib
17:29 13 Noyabr 2015
26 Sosial
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1357-IVQD nömrəli Qanununun tətbiqi və “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 dekabr tarixli 6 nömrəli Fərmanının ləğvi barədə
fərman verib.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə,  fərmana əsasən,  Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat vermək və həmin Qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Fərmana əsasən,  “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 dekabr tarixli 6 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 12, II kitab, maddə 717) ləğv edilib.

Ədliyyə Nazirliyinə isə  mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/221467

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR