Robert Prosineçki: "Moldova ilə yoldaşlıq görüşündə qələbə istəyirəm"

Robert Prosineçki: "Moldova ilə yoldaşlıq görüşündə qələbə istəyirəm"
17:32 13 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan mili komandasının baş məşqçisi Robert Prosineçki Moldova ilə noyabrın 17-də keçiriləcək yoldaşlıq görüşü öncəsi açıq məşqdə jurnalistlər üçün brifinq keçirib. Xorvatiyalı mütəxəssis "Report"un da suallarını cavablandırıb...


- Bir müddət öncə səhhətinizdə problem yaranmışdı. İndi səhhətiniz yaxşıdır?
- Yaxşıyam, sağlamam. Çox sağ olun.
- Heyətdəki zədələr milli komandaya problem yaratmayacaq?
- Bir neçə zədəli oyunçu var. Öncədən də indiyədək millidə çıxışını görmədiyim bir neçə futbolçunu sınaqdan çıxarmağı düşünürdüm. Amma həm təlim-məşq toplanışı zamanı zədələnənlər, həm də eyni səbəbdən hazırlıq prosesinə qoşulmayanlar oldu. Bunlar problem deyil. Yeni oyunçuları sınaqdan keçirəcəyəm. Bu, onların özlərin üçün də bir şansdır.
- Bəs Moldova ilə oyunda Azərbaycan yığmasının şanslarını necə dəyərləndirirsiniz?
- Bu oyun mənim üçün çox vacibdir. Baxmayaraq ki, yoldaşlıq oyunudur. Hər oyunda qalib gəlmək istəyirəm. Oyuna hazırlığımız davam edir. Moldova ilə matçda qələbə istəyirəm. Hələ bir neçə gün vaxtımız var. Məqsəd noyabrın 17-də çıxıb gözəl futbol göstərmək, yaxşı nəticə verməkdir. Bir neçə vacib oyunçumuz yoxdur. Kapitan Rəşad Sadıqov 2 gün öncə zədə alıb. Evə getməli idi. Lakin milli komanda hazırlaşır və çərşənbə axşamı günü gözəl oyun sərgiləməklə yaxşı nəticə əldə etmək niyyətindədir.
- 19 və 21 yaşadək futbolçulardan ibarət yığmaların Avropa çempionatının seçmə qrup mərhələlərindəki nəticələrini necə dəyərləndirirsiniz. Həmin komandalardan yığmada çıxış etməyə qadir futbolçu var?
- Hər iki komandanın nəticəsi ilə heç kim razı ola bilməz. Həm 19 yaşadək futbolçulardan ibarət yığmanın 2 oyununu izlədim, həm də U-21-in oyunlarını izləmişəm. Vaxtım olsa, bu gün Almaniya ilə səfər oyununa da baxacağam. Sözsüz ki, oyunun gedişindən və nəticədən razı qalmadım. Bu gün o komandalardan əsas millidə çıxış edə biləcək futbolçu görmürəm. Əsas millidəki bir neçə futbolçu baş məşqçi Yaşar Vahabzadə ilə birgə Almaniyaya gediblər. Çünki vacib oyundur. Elnur Cəfərov U-19-un heyətində ötən gün Türkiyə ilə qarşılaşmada qırmızı vərəqə aldı, amma yaxşı oyun sərgilədi. Hazırda həm əsas millidə, həm də aşağı yaşlılardan ibarət komandalarda çıxış edən futbolçulardan başqa yeni adlar görmədim.
- Rəşad Sadıqovun millidəki gələcək taleyi ilə bağlı danışmısınız?
- Bolqarıstanla qarşılaşmadan sonra 3 dəfə Sadıqovla danışmışam. Onun gələcək taleyi ilə bağlı çox söhbət etmişik. İstərdim ki, Rəşad yığmada qalsın. Çünki onun milliyə köməyi dəyəcək, bunu bacarar. Cavabımı bilirsiniz, qərarı özü qəbul edir.
- Eddi İsrafilovun yığmaya çağırılmamasının səbəbi nədir?
- Şadam ki, bizim millidə İspaniya La Liqasında oynayan futbolçu çıxış edir. Ötən tur İsrafilov 90 dəqiqə oynayıb və komandası 3:1 hesabı ilə qalib gəlib. Bu gün yoldaşlıq görüşü keçirəcəklər, ümid edirəm ki, Eddi yenə oynayacaq. Noyabrın 20-də isə "Eybar"ın La Liqada növbəti oyunu olacaq. Şans verdim ki, klubunda qalsın. Mənə vacibdir ki, o, əsas heyətdə yer tapsın və oyun təcrübəsi qazansın. Klub mənə müraciət edib, "Eybar"ın baş məşqçisi xahiş edib ki, mümkünsə, bu toplanış müddətində yığmaya gəlməsin və komandasına kömək etsin. Ən başlıcası, "Eybar"ın əsas heyətdə yerini möhkəmləndirməsidir. Eddini növbəti oyunlara dəvət edəcəyik. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Bavariya"in bütün oyunlarına biletlər satıldı

22 İyul 2017 18:52

Şabranda "Mercedes" aşdı - 6 nəfər xəsarət aldı

22 İyul 2017 18:48

Kooperasiya Universitetində baş verən yanğın zamanı 9 nəfər tüstüdən zəhərlənib -

22 İyul 2017 18:48

Şagirdlərin çılpaq şəklini çəkən müəllim həbs edildi - FOTO

22 İyul 2017 18:42

Dənizdə batan şəxs xilas olundu

22 İyul 2017 18:33

ABŞ Venesuelaya qarşı sərt sanksiyalar hazırlayır

22 İyul 2017 18:32

“Qarabağ”ın fan şopu hazırdır

22 İyul 2017 18:32

Bakıda köşkdən telefon oğurlanıb

22 İyul 2017 18:29

ABŞ konqresi anti-Rusiya sanksiyaları ilə bağlı yeni qanun layihəsini təqdim edib

22 İyul 2017 18:27

Ebru məhkəməyə verildi - evli adamla sevgili olduğu üçün

22 İyul 2017 18:27

Şabranda maşın aşdı - Xəsarət alanlar var

22 İyul 2017 18:22

15 min manatlıq geyim və məişət əşyası oğurlayan qadınlar tutulub -

22 İyul 2017 18:19

Aslı Enverin yerinə Burakla filmə çəkilən aktrisa - FOTO

22 İyul 2017 18:17

"Sumqayıt" "Zirə"ni məğlub etdi

22 İyul 2017 18:12

Türk klubu Sloveniyadan qovuldu

22 İyul 2017 18:07

Balakəndə orta əsrlərə aid Alban məbədi tapıldı

22 İyul 2017 18:05

Azərbaycanlı məktəblilərdən olimpiada uğuru

22 İyul 2017 18:03

Bakıda qadının çantasını zorla əlindən aldılar – içində 500 manat olub

22 İyul 2017 17:59

Boyu 50 sm,gözləri böyük,dişləri uzun,ayaqları tərsinə -

22 İyul 2017 17:58

Almaniyada gəmidə işləyən azərbaycanlı mühəndis 10 000 avro məbləğində cərimələnib

22 İyul 2017 17:57

Dünyanın transfer bombası 222 milyona partlayır

22 İyul 2017 17:53

Alvaro Morata rəsmən "Çelsi" futbolçusudur

22 İyul 2017 17:52

Bakıda imtahan həyacanı: saniyələrin gün kimi uzun gəldiyi an

22 İyul 2017 17:47

"Qarabağ"ın fanşopunun ilk müştərisi - FOTO

22 İyul 2017 17:47

Milyonları ekrana bağlayan teleserialın qəhrəmanları 25 il sonra - FOTO

22 İyul 2017 17:43

Bolqarıstan KİV-də Azərbaycan Milli Mətbuat Günü münasibətilə məqalə dərc edilib

22 İyul 2017 17:42

7 ildi çempionluq üzünə həsrət qalan ən uğurlu rəqib - "Panatinaikos"

22 İyul 2017 17:42

“Real”ın yen “10 nömrəsi” müəyyənləşdi - FOTO

22 İyul 2017 17:34

Şəfaverici gücü olan 5 QOXU - Elmdə sübut olunub!

22 İyul 2017 17:33

Neymar PSJ-yə nə vaxt qoşulacaq?

22 İyul 2017 17:32

Ermənistan Avropa Məhkəməsinə şikayətlərin sayına görə birinci yerdədi

22 İyul 2017 17:32

Sevgilisi Cennifer Lopezə evlilik təklifi etdi

22 İyul 2017 17:27

Sərnişin təyyarəsi məcburi eniş etdi -

22 İyul 2017 17:25

Bakıdan Şabrana istirahətə gedən ailənin avtomobili qəzaya uğrayıb, 3-ü uşaq olmaqla 6 nəfər ağır xəsarət alıb

22 İyul 2017 17:22

"Çelsi" gənc müdafiəçisini icarəyə verdi

22 İyul 2017 17:22

Jeff Bezos yeni raket istehsalı zavodunu təqdim etdi - VİDEO

22 İyul 2017 17:17

Evdən 3200 manat oğurlayan şəxs tutuldu

22 İyul 2017 17:14

"Liverpul" heyətə şotland müdafiəçi cəlb etdi

22 İyul 2017 17:12

Bədəninizdə olan bu dəyişim hansı xəstəliyin ƏLAMƏTİDİR?

22 İyul 2017 17:08

Bakıda "Galendewagen"lə piyadanı vuraraq öldürən şəxs həbs olunub - RƏSMİ

22 İyul 2017 17:05

Rusiya Suriya ilə RAZILAŞDI

22 İyul 2017 16:58

Bukmeker kantorlarında udulmuş ən böyük məbləğlər

22 İyul 2017 16:57

Nüfuzlu banklar Avropadakı mərkəzi ofislərini Londondan çıxarır

22 İyul 2017 16:57

İlham Əliyev Misir Prezidentini təbrik edib

22 İyul 2017 16:53

Alişanın bu sözləri nişanlısını əsəbiləşdirəcək

22 İyul 2017 16:52

"Milan" "Bavariya"nı darmadağın etdi - VİDEO

22 İyul 2017 16:47

Azacıq dövlət tərbiyəniz olsun!

22 İyul 2017 16:43

"Qələbə qazanmaq motivasiyamızı artırar" - "Şerif"in qapıçısı

22 İyul 2017 16:37

İsti su içməyin 8 MÜKƏMMƏL FAYDASI

22 İyul 2017 16:33

Təyyarə məcburi eniş etdi - Quşa görə

22 İyul 2017 16:32