Azərbaycan əhalisinin kənd təsərrüfatı məhsullarının istehlakına dair marketinq araşdırması aparılıb

17:47 13 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Bu araşdırma ölkənin Bakı (41,3%), Gəncə (8,3%), Abşeron (7,4%), Sumqayıt (7,0%), Lənkəran (6,7%), Şamaxı (5,1%), Kürdəmir (4,5%), Şəki (4,5%), Göyçay (4,4%), Quba (4,1%), Tərtər (3,4%), Bərdə (3,3%) şəhərlərini əhatə edib.
Respondentlərin yaş üzrə bölgüsü göstərib ki, sorğuda iştirak edənlərin yaşı orta hesabla 44,3-dür. Sorğuda iştirak edənlərin yarısından çoxu qadınlar (68,2%) olub.
Sorğunun nəticələrinə görə, son 12 ayda kənd təsərrüfatı məhsullarını aldıqları satış nöqtələri müəyyənləşib. Belə ki, respondentlərin 64%-ı meyvəni ənənəvi bazarlar, 28,3%-i supermarketlər, 10%-i kiçik məhəllə dükanları, 25%-i kiçik məhəllə bazarları, 9%-i səyyar satıcılar, 4,1%-i təşkil olunan yarmarkalardan alır, 5,6%-i özü istehsal edir, 2,02%-ə isə pay gəlir.
Quru meyvələr - 31% ənənəvi bazarlar, 56% supermarketlər, 10% kiçik məhəllə dükanları, 4,6% kiçik məhəllə bazarları, 0,7% səyyar satıcılardan alır, 7% isə ümumiyyətlə almır;
Kartof - 63% ənənəvi bazarları, 19% supermarketlər, 9% kiçik məhəllə dükanları, 23% kiçik məhəllə bazarları, 8,3% səyyar satıcılar, 3,7% təşkil olunan yarmarkalardan alır, 0,2%-ə isə pay gəlir;
Tərəvəz məhsulları - 61% ənənəvi bazarlar, 20% supermarketlər, 10% kiçik məhəllə dükanları, 24% kiçik məhəllə bazarları, 9% səyyar satıcılar, 2,5% təşkil olunan yarmarkalardan alır, 1,8% isə özü istehsal edir;
Bostan məhsulları - 50,4% ənənəvi bazarlar, 12,5% supermarketlər, 7% kiçik məhəllə dükanları, 22% kiçik məhəllə bazarları, 23% səyyar satıcılar, 2,5% yarmarkalardan alır;

Zavod istehsalı südü - 44% supermarketlər, 5,4% kiçik məhəllə dükanlarından alır, 51% almır;
Ev istehsalı südü - 8,7% ənənəvi bazarlar, 47,4% səyyar satıcılardan alır, 12%-ə pay gəlir, 25% almır;
Zavod istehsalı ağartı məhsulları - 1,1% ənənəvi bazarlar, 62% supermarketlər, 9% kiçik məhəllə dükanlarından alır, 29,7% almır;
Ev istehsalı ağartı məhsulları - 16% ənənəvi bazarlar, 30% səyyar satıcılar alır, 15%-ə pay gəlir, 32,1% almır;
Mal əti - 22,1% ənənəvi bazarlar, 12,5% supermarketlər, 62,4% kiçik məhəllə dükanlarından alır;
Qoyun əti - 13,2% ənənəvi bazarlardan, 6,1% supermarketlərdən, 36% kiçik məhəllə dükanlarından alır, 43% almır;
Toyuq /quş əti (broyler) - 1,2% ənənəvi bazarlar, 53,6% supermarketlər, 12,5% kiçik məhəllə dükanlarından alır, 35,4% almır;
Kənd toyuq/quş əti - 22% ənənəvi bazarlar, 9,2% supermarketlər, 8% kiçik məhəllə dükanları, 13,4% səyyar satıcılardan alır, 9% özü istehsal edir, 14,8%-ə pay gəlir və 25,3% almır.
Zavod istehsalı hazır məhsulları (turşu, kompot və s.) - 0,7% ənənəvi bazarlardan, 26% supermarketlərdən, 3% kiçik məhəllə dükanlarından alır, 71% almır;
Ev istehsalı hazır məhsullar (turşu, kompot və s.) - 89,7% özü istehsal edir, 2,7%-ə pay gəlir, 7,3% almır%
Yumurta - 15% ənənəvi bazarlar, 58,8% supermarketlər, 16,2% kiçik məhəllə dükanları, 12% səyyar satıcılardan alır, 7,4% özü istehsal edir və 12,3%-ə pay gəlir.
Sorğuya cəlb olunanlar kənd təsərrüfatı məhsullarını hansı aralıqda aldıqlarını da açıqlayıblar:
Meyvə - gündəlik - 5,6%, həftədə 2-3 dəfə - 38,0%, həftədə 1 dəfə - 43,3%, 15 gündə bir dəfə - 7,3%, ayda bir dəfə - 5,8%;
Bostan məhsulları - gündəlik - 10,3%, həftədə 2-3 dəfə - 28,9%, həftədə 1 dəfə - 36,7%, 15 gündə bir dəfə - 13,6%, ayda 1 dəfə - 5,7%, almıram - 3,9%;
Yumurta - gündəlik - 5,6%, həftədə 2-3 dəfə - 18,9%, həftədə 1 dəfə - 46,9%, 15 gündə 1 dəfə - 13,1%, ayda 1 dəfə - 14,9%;
Kartof - gündəlik - 1,7%, həftədə 2-3 dəfə - 20,5%, həftədə 1 dəfə - 49,7%, 15 gündə 1 dəfə - 10,5%, ayda 1 dəfə 14,3%;
Tərəvəz - gündəlik - 7,1%, həftədə 2-3 dəfə - 45,8%, həftədə 1 dəfə - 41,7%, 15 gündə 1 dəfə - 3,5%, ayda 1 dəfə - 1,9%.

Xəbərin orijinal ünvanı: http://report.az/ask/azerbaycanda-ehalinin-kend-teserrufati-mehsullarinin-istehlakina-dair-marketinq-arasdirmasi-aparilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR