Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Çempionlar Liqasının qalibi özünü öldürdü

Çempionlar Liqasının qalibi özünü öldürdü

Date: 13 November 2015 17:52

1986-cı ildə "Steaua" klubunun heyətində Avropa Çempionlar kubokunu başı üzərinə qaldıran Luçian Belan intihar edib.

Goal.az xəbər verir ki, 58 yaşlı keçmiş futbolçu anasının ölümündən bir ay sonra həyatına qəsd etmək qərarına gəlib. Belan 2004 və 2010-cu ildə də intihara cəhd etmişdi. Belanın cəsədi Baya-Mare şəhərindəki evindən tapılıb.

Qeyd edək ki, eks yarımmüdafiəçi Rumıniya millisinin heyətində 1 oyuna çıxmışdı.

Milli.Az


Tags:  Çempionlar Liqasının qalibi özünü öldürdü

RƏYLƏR


Top news