Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev qalmaqallı diplomatla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev qalmaqallı diplomatla bağlı sərəncam imzaladı

Date: 13 November 2015 17:57

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev A.Z.Məmmədovun Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsindən məhrum edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini və "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsini rəhbər tutaraq qərara alıram:

Arif Zahid oğlu Məmmədov Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsindən məhrum edilsin".

Milli.Az


Tags:  Prezident İlham Əliyev qalmaqallı diplomatla bağlı sərəncam imzaladı

RƏYLƏR


Top news