Üçbucaq formalı binada yaşıllıq zonaları salınacaq

Üçbucaq formalı binada yaşıllıq zonaları salınacaq
18:03 13 Noyabr 2015
56 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, Ramiz Quliyev, AZƏRTAC
Tayvanda tikintisi 2018-ci ildə başa çatdırılan “Hualien Residences” yaşayış kompleksində 1000-dən artıq insan məskən salacaq.
AZƏRTAC “Arxinovosti” saytına istinadla xəbər verir ki, “BIG” memarlıq şirkətinin layihəsi əsasında inşa olunan bina bir neçə üçbucaqdan ibarətdir. Layihəyə görə, onların “qabırğa”sında yaşıllıq zonaları salınacaq.
Layihə müəlliflərinin fikrincə, belə bir forma binaya gündüz işığının təmin edilməsinə şərait yaratmaqla yanaşı, ətrafa gözəl mənzərə açacaq.
Yaşayış kompleksinin ərazisində istirahət zonası yerləşir.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Uchbucaq_formali_binada_yasilliq_zonalari_salinacaq-901836

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR