Yuxusuzluq şəkər və xərçəng xəstəliyi yaradır

Yuxusuzluq şəkər və xərçəng xəstəliyi yaradır
18:06 13 Noyabr 2015
74 Şou
Ölkə mətbuatı
A- A+

Yuxu sağlam bir həyat üçün böyük əhəmiyyətə malikdir. Biz gün ərzində sərf etdiyimiz enerjini yuxu vasitəsilə bərpa edirik. Nizamlı yuxu həm də ruhumuzun sağlamlığı deməkdir.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, yuxusuzluq sağlamlığımıza zərbə vuran ilkin əlamətlərdən biridir. Yuxusuz insan aqressiv olur, düzgün qərarlar qəbul edə bilmir, yaddaşı zəifləyir. Həmçinin onun nəfəs yollarında problemlər yaranır.

Yuxusuzluğun növləri

· Çətin yatmaq
· Tez oyanmaq
· Gecələr dəfələrlə durmaq
· Nəhayət, yuxunun tamamilə olmaması

Hər dörd hal sonradan tamamilə yuxusuzluğa gətirib çıxarır.
Yuxusuzluq orqanizmdə bir çox xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Qanda oksigen çatışmazlığı, dəyişikliklər meydana gəlir. Yuxusuzluq zamanı həmçinin ürək, ağciyər və hormonal xəstəliklər də özünü göstərir.

Yuxusuzluğun fəsadları

Hazırda dünyada ən çox yayılan və qarşısı alına bilinməyən xəstəlik məhz yuxusuzluqdur. Belə ki, dünyada hər on insandan beşi yuxusuzluğun müxtəlif növlərindən əziyyət çəkir. Alimlərin araşdırmaları nəticəsində məlum olub ki, yuxusuzluq zamanı insanda müxtəlif xəstəliklər əmələ gəlir.

Mütəmadi şəkildə 6 saatdan az yatmaq bir müddətdən sonra qandakı şəkərin miqdarını sürətlə artırır. Şəkərli diabetin yaranmasına səbəb bədəndəki insulinin hüceyrələrə nəqli zamanı yaranan pozğunluq  nəticəsində qlükozanın qanda yığılması və bu zaman mədəaltı vəzin normadan artıq insulin ifraz etməsidir. İnsulini normada saxlayansa yuxudur. Yuxusuzluq həmçinin cinsi pozğunluğa və astma xəstəliyinin yaranmasına gətirib çıxarır.

Yuxusuzluğun yaratdığı digər bir fəsadsa xərçəng xəstəliyidir. Yuxu pozğunluğuna qarşı tədbir görülməzsə, bu, ölümlə nəticələnə bilər. Alimlərin qənaətinə görə, yuxusuzluq özünüöldürmə həddinə belə gətirib çıxarır.

Yuxusuzluğun səbəbi:

Tibb elmində «insomnia» adlanan yuxusuzluğun yaranmasına səbəb aşağıdakılardır:
· Vərdiş olunmamış yataq, səs-küy, havasızlıq
· Yatmazdan əvvəl tərkibində kofein olan qidalar, içkilər qəbul etmək
· Axşam ağır və yağlı yeməklər yemək
· Sinir pozğunluğu
· Normal həyat tərzini dəyişmək
· Stress, narahatçılıq
· Artıq çəki
· Qorxu, depressiya
· Mədəaltı vəzin narahatçılığı, mədədə köp
· Bronxial, ürək və ağciyər xəstəlikləri
· Soyuqdəymə zamanı ağrılar

Müalicəsi:

Yuxusuzluq zamanı yuxugətirən dərmanların qəbulu digər xəstəliklərin yaranmasına səbəb ola bilər. Belə ki, bu dərmanlar qaraciyərin çürüməsinə səbəb olur. Buna görə də belə dərmanları qəbul edərkən çoxlu süd məhsulları yemək lazımdır. Ən əsası isə həkimə müraciət edib, yuxusuzluğun hansı səbəbdən yarandığını müəyyən etmək lazımdır.  

Yuxusuzluqdan əziyyət çəkənlər

· Tərkibində kofein olan içkilərdən uzaq olmalı
· Yuxudan 3 saat əvvəl yemək yeməli
· İstiotu az olan yeməklərdən istifadə etməli
· Yatmazdan əvvəl heç bir dərman qəbul etməməli (sakitləşdiricidən başqa)
· Sakit, qaranlıq otaqda yatmalıdırlar

Aparılan araşdırmalara görə, payızda saatların çəkilməsi nəticəsində qazanılan 1 saat yuxu infarkt riskini 5 faiz azaldır, qabağa çəkilməsi isə infarkt riskini 6 faiz artırır. 

Kiçik uşaqlarda yuxu pozğunluğu varsa, buna ötəri yanaşmaq olmaz. Əgər uşaq gecələr narahat yatırsa, demək, onun sinir sistemində və daxili orqanlarında ciddi problemlər var. Bu, onun qidalanması ilə də əlaqədar ola bilər. Körpələrin beynində artıq su olması da yuxunun pozulmasının birinci səbəbidir.
Məktəbli uşaqlarda isə yuxusuzluq əsəbləşən zaman olur. Bunun səbəbi uşağın körpə vaxtı travma alması, bağırsaq infeksiyasına yoluxmasıdır.
Yuxusuzluq gənclər arasında daha çox yayılıb. Bu hal çox təhlükəlidir. Adətən, orqanizmi sağlam olan gənc yuxuya meyilli olur. Düzgün qidalanmayan, havasız şəraitdə çox olan gənclərdə gepaksiya əlamətləri yaranır. Bu da yuxusuzluğa gətirib çıxarır.
Məktəbli uşaqlarda və gənclərdə yuxusuzluq qıcolma sindromu olmadan gizli gedən epilepsiya xəstəliyinin əlaməti ola bilər.
Yuxusuzluq halları yaşlılarda da çox olur. Bu, beyin damarlarının aterosklerozu və atrofiyasıdır. İnsan ayaqüstə yatır, yuxulu olur, amma yatağına girəndə yata bilmir. Yaşlılarda yuxusuzluğun səbəbi qaraciyər xəstəlikləridir.
Əgər insan 1 həftə yuxu yata bilmirsə, o, 1 həftədən sonra tam ruhi xəstə olur.
Yuxusuzluq zamanı beyində oksigen çatışmazlığı baş verir. Beyində oksigen çatışmazlığının ilkin əlaməti vaxtlı-vaxtsız əsnəməkdir. Beyində qan dövranı o qədər kasadlaşır ki, beyin maddələr mübadiləsində iştirak etmir. Bu da əsnəmə gətirir. Bəzən təmiz havada gəzmək, yatmazdan əvvəl ayağı isti su ilə yumaq rahat yatmağa kömək edir. Yuxu dərmanı burda çıxış yolu deyil. Yuxu dərmanını 1 ay içməklə yata bilərsən, dayandırandan sonra yenə yata bilməyəcəksən. Yaxşı olar ki, təbii ot tərkibli çaylardan istifadə edin. Kimyəvi dərmanlar asılılıq yaradır, qaraciyəri zəhərləyir. 
 
Yuxusuzluğun qarşısını alın:

· 1 çay qaşığı qurudulmuş mayaotunu 1 stəkan qaynar suya töküb, 4 saat dəmləyin. Axşam yatmazdan əvvəl için.
· Lavanda yağını 3-5 damcı qənd parçasının üstünə töküb, yatmazdan əvvəl yeyin.
· 20 qr. nanə yarpağını, 25 qr. pişikotu kökünü, 50 qram ətirşah budağını və yemişanı qatın. Alınan qarışıqdan 2 xörək qaşığı götürüb, yarım litr suya qatıb qaynadın. Yeməkdən yarım saat əvvəl için.
· 1 stəkan kök suyuna 2 xörək qaşığı bal qatıb, gün ərzində 3-4 dəfə 1/3 stəkan qəbul edin.
· 50 qram balqabağı sürtgəcdən keçirib, 1 çay qaşığı bal qatın. Gecə yatmazdan 1 saat əvvəl yeyin.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=40736

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR