Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Cisco”nun beynəlxalq “IT Battle” yarışması başlanılıb

“Cisco”nun beynəlxalq “IT Battle” yarışması başlanılıb

Date: 13 November 2015 18:06

Dünyanın aparıcı İT şirkəti olan “Cisco”nun təşkilatçılığı ilə beynəlxalq “IT Battle” yarışması başlanıb.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, yarışma çərçivəsində Avropa, Afrika və Rusiya ilə MDB daxil olaraq Yaxın Şərq ölkələri ən güclü “İT millət” adı uğrunda yarışacaqlar.
 
İştirakçıların uğurlarının əsas uğur formulu “Cisco” texnologiyaları haqda məlumatlı olmalarıdır.
 
Yarışmanın əsas mükafatı “Cisco” şirkətini ziyarətdir. Gələn il fevral ayında Berlində canlı konfrans keçiriləcək. Yarışmada iştirak edən TOP 5-liyinə daxil olan ölkələr “Cisco”-nun tərəfdaşları olan “FastLane” və “Plantronics” şirkətlərindən həvəsləndirici mükafatlar ala bilərlər. Müsabiqə 2016-cı il yanvarın 18-dək davam edəcək.
 
 
Aynur Vəliyeva


Tags:  Cisconun beynəlxalq IT Battle yarışması başlanılıb



RƏYLƏR


Top news