“Miqrasiyanın əsasları” adlı kitab çapdan çıxıb

“Miqrasiyanın əsasları” adlı kitab çapdan çıxıb
17:39 29 Dekabr 2014
403 Sosial
Ölkə mətbuatı
A- A+

 

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Elşən Nəsibovun “Miqrasiyanın əsasları” adlı yeni əsəri çapdan çıxıb.

 

Lent.az-ın xəbərinə görə, kitabda miqrasiya prosesinin əsasları elmi-nəzəri baxımdan araşdırılır. Miqrasiya anlayışının konseptual məzmunu şərh olunur. Predmetin tərkib hissələri analiz obyektinə cəlb olunur, nəticə etibarilə tərkib komponentlər öyrənilir və  sistemli qaydada oxuculara təqdim edilir.

 

Miqrasiya müxtəlif elmlərin öyrənmə obyekti olaraq, fənlərarası bir predmet kimi diqqətdən keçirilir, miqrasiologiya fənninin elmi-nəzəri əsasları qeyd olunur. Həmçinin miqrasiya proseslərinin forma və məzmunu, prosesin baş vermə səbəbləri elmi-tədqiqat obyektinə cəlb edilir. Bununla yanaşı, miqrasiyanın coğrafi-siyasi aspektləri, dünyanın miqrasiya mərkəzlərinin formalaşması əsasları elmi baxımdan təhlil olunur.

 

Kitab müvafiq istiqamətdə təhsil alan ali məktəb tələbələri, sosioloqlar, siyasətşünaslar, iqtisadçılar, o cümlədən beynəlxalq münasibətlər istiqaməti üzrə işləyən mütəxəssislər üçün faydalı ola bilər. Əsər miqrasiya xidməti əməkdaşları üçün də miqrasiyanın ümumi əsaslarını öyrənmək baxımından səmərəli  ola bilər.

 

 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189060

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR