Sabirabad və Ağstafa rayonlarının kəndlərinə qaz verildi

Sabirabad və Ağstafa rayonlarının kəndlərinə qaz verildi
17:53 29 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində Sabirabad və Ağstafa rayonlarının daha 3 kəndinə təbii qaz verilib.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sabirabad rayonunun Məmişlər və Suqovuşan kəndlərinə təbii qazın verilməsi münasibətilə keçirilmiş tədbirdə bildirilib ki, 418 abonenti olan Məmişlər kəndinin ilk dəfə olaraq qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 58 777 metr olan müxtəlif diametrli polietilen və polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 418 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 345 abonenti olan Suqovuşan kəndinin qaz təchizatının bərpası məqsədi ilə birpilləli sistem əsasında 36 345 metr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 345 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Qeyd edək ki, 280 mənzilə təbii qazın verilişi bərpa edilib, 65 mənzilə isə ilk dəfə olaraq təbii qaz verilib.

Ağstafa rayonunun Qırılı kəndinə təbii qazın yenidən verilməsi münasibətilə keçirilmiş tədbirdə isə qeyd olunub ki, 780 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 61 857 metr olan müxtəlif diametrli polietilen və polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 780 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirlərdə çıxış edən ictimaiyyət nümayəndələri kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2348784.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR