Mahsun Kırmızıgül Tağıyev haqda film çəkə bilər (VİDEO)

Mahsun Kırmızıgül Tağıyev haqda film çəkə bilər (VİDEO)
13:11 5 Fevral 2015
342 Dünya
Ölkə mətbuatı
A- A+

Mahsun Kırmızıgül milyonçu Hacı Zeynalabdin Tağıyev haqqında film çəkəcək.

ANS TV-nin məlumatına görə, ifaçılıq sənətini rejissorluğa dəyişən türkiyəli məhşur müğənni Mahsun Kırmızıgül yeni sənətində də uğur qazanmaqda davam edir. Onun “Günəşi gördüm”, “Gecənin qanadları” kimi filmləri ölkəmizdə də maraqla izlənilib və sevilib. Rejissorun növbəti ekran işi “Mocüzə” tamaşaçıların Ixtiyarına verilib. Kinoteatrda böyük anşlaqa səbəb olan “Möcüzə” tamaşaçıların ürəyincə olub.

Tamaşaçı Ofeliya Kərimova kinonun çox gözəl çəkildiyini və filmdən təsirləndiyini deyir.

Digər tamaşaçı Cəvahir Qafarova filmin Türkiyənin kiçik bir kəndində real hadisələrdən çəkildiyini bildirdi.

Filminin təqdimatı ilə bağlı paytaxt Bakıya təşrif buyuran türkiyəli sənətçi özü də tamaşaçıların sırasında olub. Filmin təqdimatından sonra media nümayəndələri qarşısına çıxan Mahsun Kırmızıgül filmlə bağlı nəticələrdən razı qaldığını deyib. O, hətta Oskar almağa iddası olduğunu söyləyib.

Kırmızıgülün növbəti işi isə Azərbaycanla bağlı ola bilər.

Mahsun Kırmızıgül əgər bir gün Azərbaycandan film çəkərsə bunun H.Z.Tağıyevin həyatından bəhs edəcəyini qeyd etdi. O bu hekayəni bir çox insanlardan, azərbaycanlı yazarlardan eşitdiyini deyir. H. Z. Tağıyevin hekayəsi rejissoru çox həyacanlandırıb.

Bundan əvvəlki filmlər kimi növbəti əsər də Palmali Şirkətlər Qrupunun dəstəyi ilə ərsəyə gələcək.

Mənbə
ANS TV, Ayşəm Rüstəmova



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=324047

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR