Bakıda ömrünün 27 ilini həbsdə keçirən şəxs qətl törədib

Bakıda ömrünün 27 ilini həbsdə keçirən şəxs qətl törədib
18:29 29 Dekabr 2014
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 32 yaşlı kişi döyülərək öldürülüb. Səbail rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Qurban Abbasov küçəsi 5 ünvanında olub.

Bakı şəhər sakini, dəfələrlə məhkum olunmuş və 27 il həbs həyatı yaşamış 1963-cü il təvəllüdlü Nəsrullah Zaqidulin ibtidai istintaq zamanı münaqişə zəminində 1982-ci il təvəllüdlü İqor Smalinkanı döydüyünü etiraf edib. Onun sözlərinə görə, İqor Smalinka qeyri-rəsmi nikahda olduğu Marina Xaritonovanın evinə gedib. Qadın onu içəri buraxmaq istəmədiyi üçün  qapını açmayıb. İ. Smalinka M.Xaritonovanın qonşusu Sevincin evinə zorla girərək ondan Marinaya zəng etməsini və onun qapını açmasını istəyib. Bu zaman Sevincin həyat yoldaşı N. Zaqidulinlə İ. Smalinka arasında mübahisə yaranıb və N. Zaqidulin ona müxtəlif bədən xəsarətləri yetirib. Xəstəxanaya aparılan İ. Smalinka orada ölüb.

 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189064

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR