Poroşenko: “Sülh prosesi pozularsa, dərhal hərbi vəziyyət elan olunacaq”

Poroşenko: “Sülh prosesi pozularsa, dərhal hərbi vəziyyət elan olunacaq”
18:42 29 Dekabr 2014
86 Dünya
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 18:40 ]

“İlovaysk faciəsinə görə yüzlərlə rus əsgəri öz cəzasını aldı”

Bakı – APA. Ukrayna prezidenti Pyotr Poroşenko Kiyevdə ilin yekunlarına həsr olunmuş geniş mətbuat konfransı keçirib. APA-nın “112.ua” telekanalının saytına istinadən verdiyi məlumata görə, P. Poroşenko 2014-cü ilin 1945-ci ildən bəri nəinki Ukrayna, həm də bütün Avropa üçün ən mürəkkəb il olduğunu bəyan edib: “Bu il son 70 ildə ən mürəkkəb il oldu. Lakin mən fəxr edirəm ki, Ukrayna tab gətirə gildi”.    

 

Ukraynanın qitənin ən döyüş qabiliyyətli ordularından birini yaratdığını deyən P. Poroşenko hərbi əməliyyatlar yenidən başlayan kimi, ölkədə dərhal hərbi vəziyyət elan olunacağını açıqlayıb: “Milli Təhlükəsizlik və Müdafiə Şurasının son iki iclası buna həsr olunub. İqtisadiyyatın hərbi relslər üzərinə keçirilməsi barədə ssenari hazırlanır, yerli hakimiyyət orqanlarının hərbi vəziyyətdə funksiyaları dəqiqləşdirilir. Hər rəhbər, hər nazir, hər qubernator üçün planlar hazırlanıb. Bu işlərin koordinasiyası ilə MTMŞ məşğul olacaq. Sülh prosesinin dayanması və geniş miqyaslı təcavüzün başlaması halında dərhal hərbi vəziyyət elan ediləcək”.  

 

Lakin buna baxmayaraq, dövlət başçısı Donbass probleminin hərbi yolla həllinin olmadığını söyləyib. O, avqust ayında Rusiya qoşunlarının müdaxiləsi nəticəsində İlovaysk ətrafında yüzlərlə Ukrayna əsgərinin həlak olduğunu xatırladıb və buna cavab olaraq sentyabrda Ukrayna ordusunun qisas əməliyyatı keçirdiyini açıqlayıb: “İlovaysk hadisəsini heç kim unutmur və unutmayacaq. İlovaysk faciəsinə görə artıq yüzlərlə qatil cəzalandırılıb. Bilirsinizmi nə vaxt? Rusiya qoşunları avqustun 25-də xaincəsinə bizim ərazimizə daxil olaraq döyüşlərdə tükənmiş, ehtiyatları olmayan, hərbi texnikası vurulmuş Ukrayna qüvvələrinin üzərinə gedərkən. Sentyabrın 3-də biz 75-ci və 79-cu briqadalardan iki taktiki qrup yaratdıq və Rusiya qoşunlarının dayandığı və bizim uşaqlarımızı öldürdüyü İlovaysk şəhərinin arxasında reyd keçirdik. Nəticədə yüzlərlə qatil cəzasını aldı və dəmir tabutlarda geri yollandılar”.     

 

P. Poroşenko Donbass əhalisinin 70 faizinin Ukraynada qalmaq istədiyini və münaqişəsinin dondurulması təhlükəsinin yüksək olmadığını vurğulayıb: “Lakin belə bir risk var”. 

 

P. Poroşenko ikinci müddətə prezident olmaq barədə düşünmədiyini də əlavə edib.

 

Qeyd edək ki, mətbuat konfransında 200-ə yaxın jurnalist iştirak edib və P. Poroşenko 25 suala cavab verib.  

 

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367658

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR