Azərbaycan prezidentinin əfv etdiyi şəxslərin arasında iki jurnalist, bir vəkil və iki “NİDA”-çı var

18:42 29 Dekabr 2014
74 Digər
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 18:38 ]

Bakı. Hafiz Heydərov – APA. Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı əfv sərncamında bir neçə tanınmış şəxsin adı da var.

 

APA-nın məlumatına görə, əfv sərəncamı “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “P.S Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli, vəkil Qurban Məmmədov, “NİDA” vətəndaş hərəkatının idarə heyətinin üzvləri Zaur Qurbanlı və Üzeyir Məmmədliyə də şamil olunub.

 

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı ilə 79 məhkum azadlığa buraxılacaq.  

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367656

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR