Rabitə Nazirliyi bayram günlərində şəbəkələrin fasiləsiz işini təmin edəcək

Rabitə Nazirliyi bayram günlərində şəbəkələrin fasiləsiz işini təmin edəcək
18:58 29 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir Hüseyn Vəliyev/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) bayram günlərində rabitə, internet, televiziya, radio və poçt əlaqəsi xidmətlərinin göstərilməsi üzrə fasiləsiz işi təmin etmək üçün öz strukturlarına tapşırıq verib. Bunu Trend-ə rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov deyib.

Onun sözlərinə görə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində nazirlik borcu olan abunəçilərdə (müraciət əsasında) və ümumiyyətlə telefon xətlərinin fasiləsiz işini təmin etməyə dair göstəriş verib.

Rabitə şəbəkələrinin fasiləsiz işini təmin etmək məqsədilə dövlət operatorlarının telekommunikasiya qovşaqları bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək. Həmçinin RYTN abonentlərin rahatlığını təmin etmək məqsədi ilə əlavə tədbirlər keçirməyi nəzərdə tutur.

Nazir müşaviri əlavə edib ki, operatorların bütün struktur bölmələrinə baş verə biləcək problemlərin operativ aradan qaldırılması üçün təhlükəsizlik xidmətini gücləndirmək və regional qəza briqadalarını hazırlığa gətirmək tapşırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2348811.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR