Milli Orduda bayram şənliyi (FOTO)

Milli Orduda bayram şənliyi (FOTO)
19:11 29 Dekabr 2014
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Müdafiə nazirinin təsdiq etdiyi plana uyğun olaraq Əlahiddə Ümumqoşun Ordu rəhbərliyinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilə həsr olunmuş bayram şənliyi keçirilib.

ANS PRESS Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, tədbirdə Əlahiddə Ümumqoşun Ordunun zabiti Mirqiyas Rüstəmov çıxış edərək bildirdi ki, Ordu Komandanlığı tərəfindən mütəmadi olaraq şəxsi heyətlə ictimaiyyət nümayəndələrinin görüşü təşkil edilir, mədəni-kütləvi tədbirlər keçirilir ki, nəticədə xalqın orduya inamı artır, əsgərlərin mənəvi-psixoloji durmu daha da yüksəlir.

Çıxış edən digər ictimaiyyət nümayəndələri və tanınmış ziyalılar, eləcə də hərbi qulluqçular əlamətdar günlər münasibəti ilə şəxsi heyəti təbrik edərək, xidmətlərində uğurlar arzuladılar.

Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının və "N" saylı hərbi hissənin yaradıcı kollektivlərinin maraqlı proqramlarla çıxışları, mahnı və rəqsləri əsgərlər tərəfindən alqışlarla qarşılanıb.










Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=316985

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR