Sabiq baş nazirin ölümünün sirri açılır

Sabiq baş nazirin ölümünün sirri açılır
19:56 29 Dekabr 2014
63 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanın baş prokuroru Qeorqi Badaşvili bildirib ki, keçmiş baş nazir Zurab Jvaniyanın ölüm səbəblərinin təkrar araşdırılması zamanı əhəmiyyətli detallar aşkar edilib.

ANS PRESS-in məlumatına görə, o, "Kviris palitra" ("Həftənin Palitrası") qəzetinə müsahibəsində deyib: "Keçmiş baş nazirin həlak olması ilə bağlı aparılan istintaq nəticəsində çox əhəmiyyətli detal aşkarlanıb. Mən detalları açıq deyə bilmirəm. İstintaqın nəticəsi barədə Zurab Jvaniyanın və Raul Yusifovun ailələri tamamilə məlumatlandırılıb".

"Gürcü arzusu" koalisiyasının 2012-ci ildə hakimiyyətə gəlişindən sonra Z.Jvaniyanın ölüm səbəblərinin təkrar araşdırmasına başlanılıb. Hazırda prokurorluq ölümdən dərhal sonra götürülmüş sınaqların ekspertizasının nəticəsini gözləyir. Onlar xaricə 2013-cü ildə göndərilib.

Xatırladaq ki, Gürcüstanın baş naziri, "Qızılgül inqilabı" liderlərindən biri Zurab Jvaniyanın meyiti 2005-ci il fevralın 3-də gecə Tiflisdəki mənzillərin birində Kvemokartli regionunun qubernator müavini Raul Yusifovla birlikdə aşkarlanıb. Onlar bədbəxt hadisə - dəm qazından zəhərlənərək dünyalarını dəyişiblər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=316958

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR