Müğənni Şəbnəm Tapdıq peşman olduğu məqamlardan və özünə bağışlaya bilmədiyi səhvlərindən danışıb. Özünü qınayan sənətçi hətta "iki əllə özümü döyürəm" deyir.

Gecce.az xəbər verir ki, bu barədə sənətçi "10lar" verlişində danışıb:

"Özümü hərdən iki əllə döyürəm ki, mən necə səhvlərə yol vermişəm? Çünki mən istədiyim səviyyədə deyiləm. Gec deyil, amma məni niyə sıravi oxuyanlar kimi hərdənbir efirlərə çağırıb yola verirlər. Elə müğənnilərdən deyiləm axı. Məni ayağımdan da çəkənlər çox oldu. Sənətə "adamla" gələnlər, məni gözü götürməyənlər yüksək səviyyəyə qalxmağıma imkan vermədilər. Bilmirdim ki, bu sənətdə hər şey adamından asılıdır. Mən dünya miqyasında oxuyan müğənniyəm və paxıllığımı çəkən çoxdur. Sənətdə mənim dostum yoxdur. Sənətçi sənətçini, qonaq isə qonağı istəməz. Düşmənim yoxdur. Bir dəfə adımın davasını qaldırdım. Amma anladım ki, nahaq etmişəm".

Milli.Az