Azərbaycanda qartal balası xilas edildi (FOTO)

Azərbaycanda qartal balası xilas edildi (FOTO)
20:21 29 Dekabr 2014
320 Digər
Ölkə mətbuatı
A- A+

Cəlilabadda qartal balası tapılıb. Zəifləmiş bu yırtıcı quşu rayon sakini Qorxmaz Cavadov yoldan götürüb və ona ilkin yardım göstərib.

Q.Cavadov AzərTAc-a bildirib ki, quşu Salyan rayon ərazisində Cəlilabad istiqamətində hərəkət edərkən yol üzərində görüb və köməksiz olduğu üçün evinə gətirib. O, baytar həkim çağırıb və quşun ciddi zədəsi olmadığı məlum olub.

Rayon sakininin sözlərinə görə, tapılanda ayağında ip olması onun kim tərəfindənsə saxlandığını göstərir. Quş hələ ki zəif olduğu üçün yaxşı uça bilmir. Q.Cavadov qartal balasını aidiyyəti qurumlara təhvil verəcəyini deyir. Onun bildirdiyinə görə, qartal saxlamaq üçün onu yaxşı yemləmək lazımdır.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=317002

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR