İtkin düşmüş təyyarənin axtarışlarına başlanacaq

İtkin düşmüş təyyarənin axtarışlarına başlanacaq
20:54 29 Dekabr 2014
70 Dünya
Ölkə mətbuatı
A- A+

İndoneziyanın Milli axtarış və xilas agentliyi (Basarnas) dekabrın 30-dan “Air Asia” aviaşirkətinə məxsus təyyarənin axtarışına başlayacaq.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, hava əməliyyatı ilə yanaşı axtarışlar quruda da aparılacaq və əsasən Kalimantan adasının qərb hissəsini əhatə edəcək.

 

Xatırladaq ki, Malayziyanın “Air Asia” aviaşirkətinə məxsus Surabaya – Sinqapur marşrutu ilə uçan təyyarədən bazar günü səhərdən etibarən heç bir məlumat almaq mümkün olmayıb. Təyyarənin göyərtəsində 162 nəfər olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189079

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR