Yığmanın keçmiş futbolçusu sosial şəbəkədə özünə klub axtarır

Yığmanın keçmiş futbolçusu sosial şəbəkədə özünə klub axtarır
21:51 29 Dekabr 2014
126 İdman
Ölkə mətbuatı
A- A+

Hollandiya millisinin keçmiş futbolçusu Demi de Zeuv “Linkedin” sosial şəbəkədə özünə yeni komanda axtarışına çıxıb.

ANS PRESS-in məlumatına görə, bu məqsədlə futbolçu “Linkedin” şəbəkəsində özü haqda məlumatlar yerləşdirib.

"Mənim 31 yaşım var, azad agentəm, AZ , "Ayaks", "Spartak" və "Anderlext"də oynamışam, üç çempion titulum və müxtəlif klublarla iki kubok qalibiyəm. Hollandiya yığmasında 27 oyun keçirmişəm. Həmçinin çempionlar liqasında 18 matçda 3 dəfə fərqlənmişəm. Avropada, Yaxın Şərqdə və ya MLS-da komanda axtarıram. Maaş şəhərdən, klubdan və ölkədən asılıdır”, - deyə öz səhifəsində futbolçu yazıb.

De Zeuv yazısına öz oyununun ən yaxşı anlarıyla videoyazını əlavə edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=317011

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR