Avstraliyalı maniken İŞİD-ə qoşuldu (FOTO)

Avstraliyalı maniken İŞİD-ə qoşuldu (FOTO)
22:21 29 Dekabr 2014
98 Dünya
Ölkə mətbuatı
A- A+

Avstraliyanın Melburn şəhərində professional modellik edən bir gənc uğurlu kariyerasını buraxaraq İŞİD-ə qoşulub.

ANS PRESS-in məlumatına görə, "Mail Australia" qəzeti Şark Jama adlı manikenin İŞİD-ə qoşulması barədə məqalə dərc edib. Jamanın sosial şəbəkədəki paylaşımlarını yayan qəzet onun Fəllucada olduğunu yazıb.

Məqalədə deyilir ki, Jama Yusuf Yusuf adlı bir yoldaşıyla birlikdə Suriyaya gedib. Yusuf Yusifin İŞİD-ə qoşulmazdan əvəldən La Trobe universitetində tələbə olub və xəstəxanada çalışdığı bildirilir.

Qəzet yazır ki, Jama əvvəllər "Facebook"da saxta adla qeydiyyatdan keçərək İŞİD-lə bağlı məlumatlar yayıb və terror qruplaşmasını təbliğ edib.

Həmin hesabın bağlandığını yazan Avstraliya qəzeti onun dekabrın 8-də yeni açdığı profilində yazdığı statusunu da yayıb: "Əvvəllər yaşadığım yerdə insanlar rahat yaşayırdı. Ancaq qəlbim həmişə bir müharibə içində idi. İndi evim dediyim yerdə döyüşdən başqa bir şey yoxdur. Amma qəlbim çox rahatdır".

Məqalədə Jamanın qəhvəyi gözlü, qara saçlı və 1.80 metr boyunda olduğu deyilir. Onun modellik fəaliyyətinə toxunulur:

"Jamanın modellik fotolarında materializm ilə yeni həyat və dindar fikirləri bir-birinə zidd olub. Sosial şəbəkələrdəki paylaşımları və yazdığı şərhlərinə baxılsa Jama ölkədən ayrılandan sonra ilk olaraq Avropaya gedib. Və yol yoldaşına sərhədi keçməzdən əvvəl saqqalını qırxmağın lazım olduğunu söyləyib".

Avstraliya qəzetinin məlumatında deyilir ki, ölkədən bu günə qədər 70 nəfər İraq və Suriyaya gedərək terror qruplaşmalarına qatılıb. Onların təxminən 20-si döyüşlərdə öldürülüb.

Bu arada İŞİD avstraliyalı bir terrorçu ilə bağlı video yayıb. Həmin videoda avstraliyalı İŞİD-çinin dedikləri şok edicidir:

"Burada işim var. Paytaxtda (Suriyanın Rakka şəhərini nəzərdə tutur -red) yaşayıram. Yeyirəm, yatıram, çalışıram və bir təyyarə hücumunda vurulub şəhid olacağıma ümid edirəm."







Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317012

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR