Azərbaycanın Kanadadakı səfirliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ziyafət təşkil edib (FOTO)

Azərbaycanın Kanadadakı səfirliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ziyafət təşkil edib (FOTO)
22:23 29 Dekabr 2014
465 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

2014-cü il dekabrın 27-də Azərbaycan Respublikasının Kanadadakı səfirliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ziyafət təşkil edib.

Azərbaycanın Kanadakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Kanadanın Ottava və Monreal şəhərlərində yaşayan soydaşlarımız iştirak ediblər.

Tədbirin açılışında çıxış edən Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixindən söz açıb, bu bayramın təsis edilməsinin Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü olduğunu vurğulayıb. Qeyd edilib ki, bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq soydaşımız və həmvətənlimizin respublikamızla əlaqələrini möhkəmləndirmək, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Ramil Hüseynli, həmçinin Kanadada yaşayan icma üzvlərini bir olmağa, Azərbaycan həqiqətlərinin Kanada ictimaiyyətinə çatdırılması və erməni yalanlarının ifşa edilərək, bu dövlətin Azərbaycana qarşı təcavüz siyasətinə son qoyması istiqamətində səylərini səfərbər etməyə çağırıb.

Tədbirin sonunda Azərbaycan musiqisi və rəqsləri nümayiş etdirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2348850.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR