Dövlət Neft Fondu bu binada fəaliyyət göstərəcək (VİDEO)

Dövlət Neft Fondu bu binada fəaliyyət göstərəcək (VİDEO)
23:01 29 Dekabr 2014
158 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünyanın və yaxın qonşumuz Rusiyanın maliyyə böhranı yaşadığı bir zamanda Azərbaycan neft gəlirlərinin toplandığı qurum üçün möhtəşəm bir bina inşa edib. Hər gün gözəlləşən Bakının əsas prospektlərindən biri olan Heydər Əliyev küçəsində binanın açılışı olub.

ANS TV-nin məlumatına görə, Qafqazın ən böyük məscidinin açılışından iki gün sonra bu gün Bakıda daha bir möhtəşəm binanın açılışı oldu. Yaradılmasının 15-ci il dönümündə Dövlət Neft Fondu yeni inzibati bina ilə təchiz olundu. Unikal binanın açılışında dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak edib.

Dövlət Neft Fondunun yeni inzibati binası Azərbaycanda ilk dəfə olaraq Bina İdarəetmə Sistemi ilə təchiz edilib. Bu tikili yaşıl bina standartlarına tam cavab verir. Burada quraşdırılmış günəş panelləri vasitəsilə alternativ enerjidən istifadə etmək mümkündür.

Yeni inzibati binasının interyeri Azərbaycanın 9 xalçaçılıq məktəbinin elementləri əsasında dizayn edilib. Binada ən müasir standartlara cavab verən “Məlumat bazası” yaradılıb.

Bütün otaqlar və zallar ən son texnoloji avadanlıqla təmin olunub. İkinci mərtəbədə isə Azərbaycanın neft tarixini əks etdirən muzey yerləşir. Burda Dövlət Neft Fondunun fəaliyyətini, maliyyələşdirdiyi layihələri, investisiyaları, qazanılan uğurları əks etdirən stendlər nümayiş etdirilir.

Ötən dövr ərzində fond ölkə üçün mühüm iqtisadi və siyasi əhəmiyyətə malik layihələrin maliyyələşdirilməsində iştirak edib. Məsələn, Bakı-Tiflisi-Ceyhan boru xətti, Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi Dövlət Neft Fondu tərəfindən həyata keçirilib.

Bundan başqa Dövlət Neft Fondu hazırda “Bakı-Tiflis-Qars yeni dəmir yolu xətti”, “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi, “Star” neft emalı kompleksinin tikintisi və bu ilin sentyabrında təməli qoyulan Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsini həyata keçirir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=317020

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR