BMT: Ukraynanın şərqində qarşıdurma nəticəsində ölənlərin sayı 4 771-ə çatıb

BMT: Ukraynanın şərqində qarşıdurma nəticəsində ölənlərin sayı 4 771-ə çatıb
23:12 29 Dekabr 2014
120 Dünya
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 23:03 ]

Bakı-APA. Apreldən etibarən Ukraynanın şərqində silahlı münaqişə nəticəsində azı 4771 nəfər ölüb.

APA-nın “İTAR TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin humanitar məsələlərin əlaqələndirilməsi idarəsində bildiriblər. 

 

“2014-cü il, dekabrın 24-ə olan məlumata əsasən, Ukraynada münaqişə dövründə ölənlərin sayına dair  hazırkı rəsmi rəqəm, Malayziya təyyarəsinin həlak olmuş 298 sərnişini də daxil olmaqla, 4 771 nəfərdir, yaralıların sayı isə 10 360 nəfər təşkil edib”, hesabatda deyilir.

 

BMT-nin yeni hesabatında, həmçinin, atəşkəs rejiminin mütəmadi olaraq pozulması və hərbi əməliyyatlar zonasını tərk edənlərin sayının artması qeyd olunur. Qeyd edək ki, Ukraynada münaqişə zonasında 5 milyondan çox insan yaşayır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367672

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR