İsrail BMT-ni sərt tənqid etdi

İsrail BMT-ni sərt tənqid etdi
23:36 29 Dekabr 2014
141 Dünya
Ölkə mətbuatı
A- A+

İsrail baş naziri Binyamin Netanyahu BMT-ni sərt tənqid edib.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın Indiana ştatının qubernatoru Mike Pence ilə görüşən Netanyahu bildirib ki, İsrail İran və terrorçu qrupların təhdidi altında yaşayır:

"Hücumlar indi də İsrailin təhlükəsizliyini təhlükəyə atacaq bir şəkildədir. Fələstin adminstrasiyası bizdən BMT-yə şikayət edib. Beynəlxalq ictimaiyyətdən gözləntimiz üzərimizdə yaradılmağa çalışılan BMT-nin diqtəsinə qarşı müqavimət göstərməkdir. Sizə zəmanət verirəm ki, əgər beynəlxalq ictimaiyyət Fələstinin BMT-yə edəcəyi şikayəti redd etməzsə belə biz bunu qəbul etməyəcəyik. İsrail öz gələcəyini təhlükə altına alacaq şərtlərə qarşı çıxacaq və bunu qəbul etməyəcək".

Qeyd edək ki, Fələstin İordaniya vasitəsi ilə BMT-yə təqdim etdiyi layihədə müstəqil Fələstin dövlətinin yaradılmasını və Qüdsün Fələstinin paytaxtı olmasını göstərib. Sənədin bu həftə BMT-də müzakirəyə çıxarılacağı gözlənilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317032

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR