Gəncədə 5 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib (FOTO)

Gəncədə 5 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib (FOTO)
23:58 29 Dekabr 2014
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

Gəncədə 5 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Trend Kəpəz TV-yə istinadan məlumat verir ki, hadisə axşam saat 22:00 radələrində şəhərin Təbriz küçəsində qeydə alınıb. Təbriz küçəsi ilə hərəkətdə olan BMV markalı avtomobilin sürücüsü anidən idarəetməni itirib. Nəticədə avtomobil əks istiqamətdə olan yola keçərək, yol kənarına park edilən dörd avtomobili əzib. Qəza nəticəsində xəsarət alan olmasada avtomobillərə ciddi ziyan dəyib.

Qəzanın hansı səbəbdən baş verdiyi, Gəncə şəhər Dövlət Yol Polisi idarəsinin əməkdaşları tərəfindən araşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2348854.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR