Vitse-prezident: "Palmali"nin heç bir gəmisi həbs edilməyib

Vitse-prezident: "Palmali"nin heç bir gəmisi həbs edilməyib
00:16 30 Dekabr 2014
109 Dünya
Ölkə mətbuatı
A- A+

"Palmali" Şirkətlər Qrupunun vitse-prezidenti İbrahim Nəbioğlu "Armada Explorer" tankerinin həbsi haqda xəbəri qətiyyətlə təkzib etdi.

"Palmali"dən ANS PRESS-ə verilən məlumata görə, dünən Azərbaycanın bir neçə xəbər saytı Türkiyənin bəzi elektron KİV-lərinə istinadən "Palmali" Şirkətlər Qrupuna aid "Armada Explorer" adlı tankerin Rumıniyanın Konstansa limanında həbs edildiyi barədə məlumat yayıb.

"Palmali" Şirkətlər Qrupu bu xəbəri qətiyyətlə təkzib edərək, adıçəkilən tankerin və ümumiyyətlə, onların dəniz donanmasına aid heç bir tanker gəminin həbs edilmədiyini bildirir.

"Palmali"-nin vitse-prezidenti İbrahim Nəbioğlu Novorossiyskdən dizel yanacağı daşıyan "Armada Explorer" tankerinin 27 dekabr 2014 tarixində Konstansa limanında yükünü boşaltdığını, daha sonra isə gəminin liman xidməti tərəfindən standart, rutin yoxlamadan keçdiyini bildirdi. İbrahim Nəbioğlu Türkiyənin bəzi internet saytları tərəfindən sıravi, növbətçi yoxlamanın, "həbs olunmaq" kimi təqdim edilməsini təəcüblə qarşıladıqlarını, bunun həqiqətlə heç bir əlaqəsinin olmadığını vurğuladı. Onun verdiyi məlumata görə "Armada Explorer" artıq Konstansa limanından ayrılaraq növbəti səfəri üçün yola çıxıb.

Son zamanlar "Palmali" haqqında bəzi yanlış və qərəzli məlumatların ortaya atılmasını İ. Nəbioğlu təmsil etdiyi şirkətin son illər artan gücünə və nüfuzuna olan qısqanclıqla izah edir. Belə ki, tanınmış iş adamı Mübariz Mənsimovun sahibi olduğu "Palmali" dünyanın ən güclü dəniz daşıma donanmalarından biri sayılır. Bu donanma müasir standartlara cavab verən modern gəmilərdən ibarətdir. Dünyanın ən nüfuzlu neft şirkətləri ilə uzunmüddətli kontraktları olan "Palmali" ekoloji normalara həssas münasibəti, modern texnoloji yeniliklərə verdiyi önəmə görə də neft və logistika ekspertləri tərəfindən təqdir edilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=317040

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR