Sürücülər bu xəbəri mütləq oxusun (VİDEO)

Sürücülər bu xəbəri mütləq oxusun (VİDEO)
00:51 30 Dekabr 2014
106 Sosial
Ölkə mətbuatı
A- A+

Bayram günlərində paytaxta yük maşınlarını girişi qadağan edilib. Buna məhəl qoymayanlar isə məsuliyyətə cəlb olunacaq.

ANS TV-nin məlumatına görə, üzümüzə gələn bayram günlərində polis gücləndirilmiş iş rejimində çalışacaq. Bayram tədbirlərinin keçirildiyi ərazilər, küçə və yollar yol polisi tərəfindən nəzarətə götürüləcək. Bayram günlərində paytaxta daxil olan yük avtomobillərinin sürücüləri isə məsuliyyətə cəlb ediləcəklər. Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib.

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə 31 dekabr 2014-cü il - 4 yanvar 2015-ci il tarixlərinin istirahət günü olması ilə əlaqədar paytaxtda nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin artacağını nəzərə alaraq, yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xəbərdarlıq edilib. Müvafiq yol nişanlarının və müəyyən edilmiş vaxt rejiminin tələblərini pozan sürücülər mövcud qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunacaqlar.

Vaqif Əsədovun sözlərinə görə, paytaxtın mərkəzi küçələri istiqamətində yük maşınlarını hərəkətinə konkret olaraq qadağa qoyulub: “Xüsusilə giriş 21:00-dan səhər saat 8-dək yalnız yük maşınlarını hərəkəti küçə və prospektlər üzrə nəzərdə tutulub. Bundan başqa yük maşınlarının bayram günləri ərəfəsində qeyd edilən ərazilər üzrə hərəkəti yol polisi tərəfindən müşahidə edilsə, sürücülər məsuliyyətə cəlb ediləcək”.

Sonda isə sürücülərin nəzərinə bir məlumatı çatdırmaq istəyirik ki, onlara şəhər daxilində xüsusilə baryam tədbirlərinin keçirildiyi ərazilərdə sıxlığın və tıxacların müşahidə edilməməsi üçün ictimai nəqliyyatdan istifadə etməsi tövsiyyə olunur.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=31&nid=317043

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR