ANS PRESS-in məlumatına görə, qəzətin oxucuları tərəfindən müəyyən olunan qaliblərin qala gecəsi keçirilib.
42-ci "Altın Kelebek" mərasimində ilin ən yaxşılarının adları açıqlanıb. Serial aləminin ən yaxşıları səhnəyə çıxaraq mükafatlarını alıblar. "Medcezir" serialının artistləri rəqiblərini geridə qoyaraq ilin yaxşıları seçilib.
İlin ən yaxşı aktrisası Serenay Sarıkayaya mükafatı Bəyaz Öztürk təqdim edib. Ən yaxşı aktyor isə Çağatay Ulusoy seçilib.

Serenay Sarıkaya - aktrisa

Çağatay Ulusoy - aparıcı
"İşte benim stilim"in aparıcısı Öykü Serter ilin ən yaxşı aparıcısı seçilib.

Öykü Serter
"Ben bilməm eşim bilir"in aparıcısı İlkər Ayrık ən yaxşı kişi aparıcı seçilib.

İlkər Ayrık - aparıcı
İlin ən yaxşı serialı "Günəşin qızları" seçilib. Mükafatı aktyor Kənan İmirzalıoğlu təqdm edib.

"Kiralık aşk" serialının qəhramanları ilin ən yaraşan cütlüyü hesab olundu.

İlin ən yaraşan cütlüyü
İlin ən yaxşı uşaq aktyoru "Poyraz Karavel" serialından Ataberk Mutlu olub. Balaca aktyor mükafata laiq görülərkən göz yaşlarını saxlaya bilməyib. Serenay Sarıkaya balacanı qucaqlayaraq onu dəstəkləyib.
Ataberk Mutlu
Ən yaxşı komediya serialı "Güldür güldür" seçilib.
"Aşk yeniden" serialının aktrisası Özge Özpirinçci ən yaxşı komediya aktrisası seçilib.
Ən yaxşı komediya aktyoru: Ahmet Kural - Murat Cemcir ("Kardeş payı")
Ən yaxşı rejissor: Ali Bilgin ("Medcezir"), Çağrı Vila Lostuvalı ("Poyraz Karayel")
Seriallar üçün fəxri mükafat: "Kurtlar Vadisi Pusu"
Ulduzu parlayanlar: Bensu Soral, Nilay Deniz, Hande Erçel
Ən yaxşı ssenari yazarı: Ersoy Güler ("Aşk yeniden"), Ethem Güler ("Poyraz Karayel")
Ən yaxşı serial musiqisi: Toyqar İşıklı ("Medcezir")
Ən yaxşı qadın xəbər aparıcısı : Nazlı Çelik
Ən yaxşı kişi xəbər aparıcısı: Fatih Portakal
Ən yaxşı klip: Metin Arolat - "Gülşən"
Ən yaxşı xalq artisti: Volkan Konak

Volkan Konak - xalq artisti
Ən yaxşı müsiqi qrupu: "Model"
Ən yaxşı yarışma: "Survivor All star" (Acun Ilıcalı)
Ən yaxşı idman verilişi: "Yüzdə yüz futbol"
Ən yaxşı müğənni: Sila
Ən yaxşı kişi müğənnisi: Mustafa Gecəli
Ən yaxşı serial rejissoru: Ali Bilgin "Medcezir" , Çağrı Vila "Poyraz Karavel"
Bir müddət əvvəl dünyanın ən əyləncəli şəhəri Los-Ancelesdə də bu ilin ən yaxşıları seçilib.