ABŞ İndoneziyadan AirAsia şirkətinin itmiş təyyarəsinin axtarışında yardım göstərilməsinə dair sorğu alıb

ABŞ İndoneziyadan AirAsia şirkətinin itmiş təyyarəsinin axtarışında yardım göstərilməsinə dair sorğu alıb
02:28 30 Dekabr 2014
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

ABŞ İndoneziyadan AirAsia şirkətinin itmiş təyyarəsinin axtarışında yardım göstərilməsinə dair sorğu alıb. Trend TASS agentliyinə istinadən bu barədə ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Ceff Ratke brifinq zamanı bildirib.

"Biz təyyarənin yerinin tapılmasında yardım göstərilməsinə dair sorğu almışıq, biz onun yerinə yetirilməsində daha effektiv üsulu müəyyənləşdirmək üçün bu təklifi öyrənirik", - Ratke deyib.

Xatırladaq ki, aviadispetçer xidməti İndoneziyanın Surabaya şəhərindən Sinqapura uçan Malayziyanın "Air Asia" şirkətinin təyyarəsi ilə əlaqəni itirib.

Onun göyərtəsində 162 nəfərə yaxın sərnişin olub. Cakartanın dispetçer məntəqəsi yerli vaxtla saat 6:17-da QZ 8501 reysi ilə əlaqəni itirib. İndoneziya nəqliyyat nazirliyinin nümayəndəsinin sözlərinə görə, təyyarənin pilotları əlaqə kəsiləndən əvvəl qeyri-adi marşrut tələb ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2348861.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR