Mehmet Əli Ağca deportasiya olundu

Mehmet Əli Ağca deportasiya olundu
04:16 30 Dekabr 2014
67 Dünya
Ölkə mətbuatı
A- A+

Katoliklərin keçmiş lideri papa II İohan Pavelin qəbrini ziyarət etmək üçün İtaliyaya gedən Mehmet Əli Ağca bu ölkədən deportasiya olunub.

ANS PRESS-in məlumatına görə, ziyarət məqsədilə bu ölkəyə gedən Ağca polis tərəfindən saxlanılaraq bir müddət nəzarətdə saxlanılmışdı.

M. Ə. Ağca ötən gecə yerli vaxtla saat 23.00-də təyyarə ilə İstanbula qayıdıb.

Xatırladaq ki, Mehmet Əli Ağca 1981-ci ildə katoliklərin lideri II İohan Pavelə sui-qəsdə cəhd etmişdi.

Uğursuz sui-qəsd cəhdindən sonra saxlanılan Ağca 30 il həbsə məhkum olunmuşdu.

2010-cu il yanvarın 18-də həbsdən buraxılan Ağca papa 16-cı Benediktlə görüşmək istədiyini bildirmişdi.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=317062

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR