Xəbərdarlıq: dekabrın 6-dək Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək

Xəbərdarlıq: dekabrın 6-dək Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək
14:17 2 Dekabr 2015
72 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Sabahdan başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəyi, dekabrın 6-dək qeyri-sabit keçəcəyi, arabir yağıntılı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən xəbərə görə, dekabrın 4-də gecə və səhər yarımadanın bəzi yerlərində yağışın sulu qara keçəcəyi ehtimalı var.
Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında dekabrın 3-dən başlayaraq dekabrın 6-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/xeberdarliq-dekabrin-6-dek-azerbaycanda-hava-seraiti-qeyri-sabit-kececek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR