“Motivlər 2” şərti adlı kinoalmanaxın istehsalı yekunlaşıb

14:22 2 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, Mədəniyyət və Turizm Nazirlyinin sifarişi ilə hazırlanan yeni kinoalmanax 2016-cı ilin əvvəllərində tamaşaçılara təqdim olunacaq.
Yeni kinoalmanax Amil Məmiyevin “Qara bağ”, Emin Əfəndiyevin “Hədiyyə”, Emin Mirabdullayevin “Postskriptum” və Zamin Məmmədovun “Onun atası” qısametrajlı bədii filmlərindən ibarətdir.
 Dram janrında lentə alınan “Qara bağ” filminin çəkilişləri Bakı şəhərində və Hacıqabul rayonunun Qızıl burun qəsəbəsi yaxınlığındakı qaçqın şəhərciyində aparılıb.
“Azərbaycanfilm” kinostudiyasının elan etdiyi “yenifilm.az” gənclər üçün ssenari müsabiqəsinin qalibi – Amil Məmiyevin eyniadlı ssenarisi əsasında çəkilən ekran əsərinin quruluşçu rejissoru Amil Məmiyev, quruluşu operatoru Əziz Məmmədov, bədii rəhbəri Cəmil Quliyev, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Vidadi Əliyev, Elxan Abbasov, Rasim Cəfər, Ayşad Məmmədov, Məzahir Həşimov və digərləri canlandırıb.
Rejissor Amil Məmiyev deyib ki, filmin adının “Qara Bağ” olması heç də təsadüfi deyil. “Qara Bağ” dilək ağacına bağlanan qara düyünlər mənasındadır və Azərbaycanın əbədi-əzəli torpağı olan Qarabağla bağlı hadisələr onun vasitəsilə filmin ümumi kontekstinə köçürülür. Film məcburi köçkünlərin hal-hazırki yaşayış tərzini, Qarabağ həsrətini bir sıra metaforik simvollarla realizə edir.
Melodrama janrında çəkilən “Hədiyyə” filminin ssenari müəllifi Yusif Şeyxov, quruluşçu rejissoru Emin Əfəndiyev, quruluşçu operatoru Elman Əliyev, quruluşçu rəssamı Şahin Həsənli, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.
Ekran əsərində baş rolları İlahə Həsənova, Qorqud Cəfərli və Şamil Süleymanlı canlandırır.
Film yeni ailə həyatı qurmuş iki gəncin sevgisindən bəhs edir. Bu iki gənc özlərini cəmiyyətdə hələ də tapmayıblar. Buna baxmayaraq onlar sevgiləri uğrunda öz həyatlarını belə qurban verməyə hazırdırlar.
“Nobel qardaşları” kompaniyasının Bakıdakı fəaliyyətindən bəhs edən “Postskriptum” bədii filminin ssenari müəllifləri Ramiz Fətəliyev və Emin Mirabdullayev, quruluşçu rejissoru Emin Mirabdullayev, quruluşçu operatoru Əli Sultan, quruluşu rəssamı Şahin Həsənli, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə aktyor Azər Aydəmir baş rolu - Robert Nobeli canlandırır. Ekran əsərində əməkdar artistlər Ayşad Məmmədov, Eldar Bağırbəyov və digərləri rol alıb.
Film Nobellərin kiçik qardaşı Robertin Bakıya ilk səyahəti, Bakı nefti ilə tanışlığı və onların şəhərdə bundan sonrakı fəaliyyətini özündə əks etdirir.
Psixoloji dram janrında lentə alınan “Onun atası” filminin ssenari müəllifi və quruluşçu rejissoru Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultan, quruluşu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur.
Yeni ekran əsərində baş rolları Şamil Süleymanlı, Məbud Məhərrəmov, Ülviyyə Rza və digərləri canlandırıb.
Filmdə keçən əsrin 90-cı illərində müharibənin cəmiyyətə vurduğu fəsadlardan bəhs edilir. Sadə ailə başçısı olan jurnalist vətənini ailəsi qədər üstün tutaraq Qarabağ müharibəsində itkin düşür. Paralel olaraq jurnalistin axtarışları zamanı onun ailəsinin və yaxınlarının keçirtdiyi həyacan və müharibənin cəmiyyətə mənfi təsiri təsvir edilir. 

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Oruc tutmayanın 7 bəhanəsi

28 May 2017 22:57

Bayrağımızın rəngləri İstanbul boğazından bərq vurur

28 May 2017 22:52

Gəncədə süpürgəçi qadını maşın vuraraq öldürüb

28 May 2017 22:52

Ramazan ayı təqvimi və gündəlik duaları - Orucun vaxtları -FOTO

28 May 2017 22:52

Azərbaycanlı aparıcı italyan aşpaza ərə getdi

28 May 2017 22:48

Mübarək Ramazan ayının gündəlik duaları

28 May 2017 22:47

ABŞ müdafiə naziri: “NATO Rusiya üçün təhlükə kəsb etmir”

28 May 2017 22:43

Kann kinofestivalı: ən yaxşılar seçildi - FOTO

28 May 2017 22:42

Dırnaq yemək nə səbəbdən baş verir?

28 May 2017 22:42

Üçrəngli bayrağımızın rəngləri İstanbul boğazında bərq vurdu

28 May 2017 22:39

Fatih Sultan Mehmet körpüsü Azərbaycanın bayrağının rəngləri ilə işıqlanır

28 May 2017 22:36

Nyu-York küçələri savaşdan sonra - FOTO

28 May 2017 22:32

Sabunçuda yanğın

28 May 2017 22:28

Məşhur modelin yaxta əyləncəsi - FOTO

28 May 2017 22:27

Qazaxda yol qəzası nəticəsində 3 nəfər yaralanıb

28 May 2017 22:27

Şah İsmayılın müraciəti: Ey türk oğulları...

28 May 2017 22:27

"Zenit" Mirça Luçeskunu istefaya göndərdi

28 May 2017 22:25

Bakıda kafedə qadın ofisiantlar dalaşdı

28 May 2017 22:22

Orucu batil edən əməllər - SİYAHI

28 May 2017 22:22

Çəngəl 19 yaşlı qızın qarnına getdi - FOTO

28 May 2017 22:22

İmişlidə maşın dirəyə çırpıldı - bacı və qardaş yaralandı

28 May 2017 22:19

Peyğəmbərin (s.) RAMAZAN xütbəsi

28 May 2017 22:17

Pullular evlərini ona tapşırırlar - FOTO

28 May 2017 22:12

“Zenit” Mirça Luçesku ilə yolları ayırdı

28 May 2017 22:12

Dərk edənlər və etməyənlər üçün RAMAZAN

28 May 2017 22:12

Məşhur ekstrasensdən Dağlıq Qarabağ haqda şok proqnoz

28 May 2017 22:08

"Beşiktaş" klubu tarixində 15-ci dəfə Türkiyə çempionu olub

28 May 2017 22:07

Əfsanəvi müğənninin təyyarəsi satıldı

28 May 2017 22:05

Dronla çəkilmiş möhtəşəm FOTOlar MARAQLI İDEYALAR

28 May 2017 22:05

Daha bir serial sevgisi gerçək oldu - FOTO

28 May 2017 22:05

Kəpəyə qarşı təbii üsullar

28 May 2017 21:57

Qazaxda yol qəzası

28 May 2017 21:56

Habil Əliyevin məzarı ziyarət olunub

28 May 2017 21:52

Azərbaycanlı aparıcı italyan aşpaza ərə getdi - FOTO

28 May 2017 21:52

Ramazan ayının yaratdığı mənəvi immunitet

28 May 2017 21:52

Luçesku “Zenit”dən qovuldu

28 May 2017 21:49

Çin İrana qarşı sanksiya tətbiq edib

28 May 2017 21:47

İftar duaları

28 May 2017 21:47

Nağıyevin adaşı və baş məşqçisi: "Yalandı, qalıram!"

28 May 2017 21:47

Kamera o cəsədi çəkdi

28 May 2017 21:47

Türkiyə Əfqanıstanda baş verən terror aktını pisləyib

28 May 2017 21:43

"Zenit"in baş məşqçisi Mirça Luçesku istefaya göndərilib

28 May 2017 21:42

Sistit xəstəliyi zamanı xalq təbabəti

28 May 2017 21:42

Deputatın evi atəşə tutuldu

28 May 2017 21:39

Oruc tutanları gün ərzində tox saxlayan faydalı qida

28 May 2017 21:38

Qazaxda iki “VAZ” toqquşdu - 3 yaralı

28 May 2017 21:34

Ukraynada deputatın evi atəşə tutulub

28 May 2017 21:32

Mosulun qansız hamamı - FOTO

28 May 2017 21:32

Onlar yemək üçün "dilənirlər" - FOTO

28 May 2017 21:27

123 nəfər pay sahibi olsa da, paysız qalıb - VİDEO

28 May 2017 21:22