Türkmən xoru Ginnes rekordu vurdu

Türkmən xoru Ginnes rekordu vurdu
14:22 2 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+

Türkmən xoru bir mahnının çoxsəsli ifasına görə dünya rekordunu qırıb. Xor Türkmənistan prezidentinin bəstələdiyi söylənən nəğməni səsləndirib.

"İrəli, ancaq irəli" mahnısını 4 mindən çox insan, nəhəng, ənənəvi çadırın - yurtun altında oxuyub.

BBC yazır ki, bu zaman böyük ekranda prezident Qurbanqulu Berdımuhamedov sintezator çalaraq onlarla birlikdə ifa edib.

Çoxsəsli (polifonik) ifa zamanı hamı eyni melodiyanı səsləndirir, ancaq müxtəlif vaxtlarda başlayır və mahnı üst-üstə düşür.

Adətən, Türkmənistan lideri dövlət mediasında bir sıra istedadlar sahibi kimi təqdim olunur. Onun avqustda yayılmış "İrəli, ancaq irəli" mahnısı artıq himnə çevrilib. Berdımuhamedov 2012-ci ilin fevralında 97 faiz səslə ikinci dəfə prezident postuna yiyələnib. Beynəlxalq müşahidəçilər seçkinin demokratik keçmədiyini bildiriblər.

O, Saparmurat Niyazov 2006-cı ildə öləndən sonra hakimiyyətə keçib və sələfinin şəxsiyyətinə pərəstiş izlərini məhv edib. Ancaq eyni zamanda özünə aid olanları gətirib. Məsələn, bu ilin əvvəlində Aşqabadda prezidentin at üstündə nəhəng qızılı heykəli açılıb.

5.5 milyon əhalisi olan Türkmənistan dünyanın ən repressiv ölkələri siyahısındadır.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/387036.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR